İlham Əliyev ağac əkir, Nərimanovda ağaclar kəsilir: SOS!-VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Sosial şəbəkələrdə Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat və videogörüntü yayılıb.

Yenilik.Az xəbər verir ki, materialda Nərimanov rayonu, A.Nemətulla 32 ünvanında ağacların budanmaq adı altında məhv edildiyi bildirilir: “Guya budayırlar, bir dənə yarpaq qoymayıblar ağaclarda. Qoy, media səsimizi cənab prezidentə və xanımına çatdırsın. Bu qədər də olmaz! Görün ağacların, yaşıllığın başına nə oyun açırlar. Cənab prezident ağac əkir, Nərimanov rayonunda ağacları kəsirlər. Ərazidə bəlkə 90-100 ağac var, məhv edib yerində bina tikəcəklər. Aidiyyatı qurumlar niyə göz yumurlar? Axı cənab prezidentin qəti göstərişi var, ağaclar kəsilməməlidir”.

#İlham Əliyev ağac əkir, Nərimanovda ağaclar kəsilir: SOS!-VİDEO

#Abdin Fərzəliyev

Related Articles

+994 50 295 94 79
top