Rasim Balayevlə Alim Qasımovun bu hərəkəti hər kəsi ayağa qaldırdı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xarl artistləri Rasim Balayevlə Alim Qasımov dünən Yaşıl Teatrda tamaşaçılara unudulmaz anlar yaşadıb.

Dünən Yaşıl Teatrda Bakı Şəhər İcra Hakimiyyətinin Milli Qurtuluş günü münasibətilə təşkil etdiyi bayram konserti baş tutub. Bir çox sənət nümayəndələrinin iştirak etdiyi bayram konserti əlamətdar hadisələrlə yadda qalıb.

Milli Qurtuluş günü münasibətilə Xalq artistləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva və müğənni Mirələm Mirələmov sözlərini Cəlal Qurbanovun yazdığı, musiqisi isə bəstəkar Rauf Məmmədovun bəstələdiyi “Azərbaycan” adlı kompozisiya ifa edib. Daha sonra onları Rasim Balayevlə şeirlə, Alim Qasımov isə muğamla müşayiət edib. Görkəmli sənətkarların çıxışını hər kəs ayaqüstə alqışlarla qarşılayıb.

Related Articles

+994 50 295 94 79
top