Dəniz suyunun orqanizmə faydaları

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Yay fəsli gəldiyi üçün çimərlik mövsümü açılıb.İstirahət və sərinləmək üçün üz tutduğunuz dənizin orqanizminizə olan faydalarını bilirsinizmi?Dəniz suyu bir çox xəstəliklər zamanı faydalıdır. Həmçinin orqanizmin immun sistemini sürətləndirir.Antiseptik və iltihabəleyhinə xüsusiyyətləri olan dəniz suyu nəfəsalma sistemi (bronxit, haymorit, xroniki rinit) və dəri xəstəliklərinə (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz) faydalıdır. Dəri xəstəlikləri zamanı dərini qurudur, səpgilərin azalmasına kömək edir.Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömək edir.Yod və bromla zəngin olan dəniz suyu sinir sistemini sakitləşdirir.Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir.Kalsiuma zəngin olan dəniz suyu oynaq və sümükləri möhkəmləndirir, oynaqlarda iltihabları və ödemləri azaldır, qan dövranını yaxşılaşdırır.

Related Articles

+994 50 295 94 79
top