“Eşq səfəri”nə çıxan casus-jurnalist yolda həbs olundu – İLGİNC FAKTLAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Xeberman.com” və “press-az.com” xəbər portallarının təsisçisi və baş redaktoru Polad Aslanovun Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qonşu İran İslam Respublikasına səfər edərkən Biləsuvar gömrük sərhəd məntqəsində həbs olunmasının ardından ölkəmizə qarşı “insan haqlarının müdafiəsi” və “azad sözün müdafiəsi və jurnalistlərin həbsi” adı altında ideoloji müstəvidə təbliğatların sayı daha da artmağa başlamışdır. Halbuki P. Aslanovun jurnalistikaya aidiyyatı olmadığını dilə gətirən yoxdur.

“Hüseyniyyə”də yuyulan beyinlər

Paytaxt Bakının Nəriman Nərimanov rayonu əhalinin qismən kasıb təbəqəsinin məskun olduğu ərazi sayılır. İrankı “İslam İnqilabının İxracı” ideologiyasına uyğun olaraq “Vilayəti Fəqih”in xüsusi nümayəndəsi höccətül-islam İbadulla Ocaqnəjad məhz bu ərazidə dini baxımdan təbliğat mərkəzi kimi “Hüseyniyyə” mədrəsəsini nəzarət almışdır. 2000-ci illərdən başlayaraq, onun rəhbərliyi altında “Qurani Kərim kursları”, “Şəriət dərsləri” və digər adlar altında Nərimanov rayonunda yaşayan orta məktəb şagirdlərinin cəlb edilməsi siyasətinin yürüdülməsinə başlanıldı. Uzaq hədəflərə hesablanmış bu kurslara cəlb olunanlardan biri də Polad idi. Burada beyinləri yuyulan məktəbli şagidrlər qarşısında müxtəlif vəzifələr irəli sürülürdü. Onlar dini İrandakı islam qaydalarını təbliğ edən elanları, müxtəlif bildirişləri, şüarları və digər təbliğat vasitələrini məhəllələrdə evlərin binalarına və ya gözəgörünən yerlərdə yapışdırmalı idilər. Bu işdə şagirdlərin nə qədər “inqilabi romantika”ya bağlılıqlarına isə, xüsusi diqqət yetirilirdi. “Şəriət dövləti”nin yaradılması tərəfdarlarının din pərdəsi altında artması isə, “Hüseyniyyə” mərkəzinin əsas hədəflərindən biri sayılırdı. Poladın burada “vəzifəsi” müxtəlif qəzetlərdə və saytlarda məktəbli səviyyəsində dini məqalələr vermək idi. Onu bu istiqamətdə əməlli başlı “instruksiya” etmişdilər. Sadə mömin şagird cildinə girərək ona verilən tapşırığa əməl etməliydi. Aradan illər ötdükcə “Hüseyniyyə” mərkəzində yetişmiş şagirdlərin ölkə daxilində “təhlükəli nəsl”ə çevrilməsi prosesi müşahidə olunmağa başladı. Çünki qonşu ölkədəki “bəsici məktəbi”nin hansı fəsadlara yol açacağı barəsində kimsə düşünmürdü. Beyinləri ilkin yaşlarında yuyulmuş gəncliyin fanatikcəsinə atacağı addımların sərhədləri belə məlum deyildi.

“Qafqaz İslam Universiteti” və mövhumatçı düşüncə sistemi

1990-cı illərin əvvəllərində yaradılmış bu universitetdə peşəkar səviyyədə ilahiyyat və dini təhsili olmayan dindarların dərs deməsi azmış kimi, bu universitetin ölkəmizin bir çox şəhərlərində filialları da fəaliyyət göstərirdi. “Filial universitet”lərdə təhsilin səviyəsi dəhşət saçırdı. Həmin universitetləri dini ədəbiyyat və tədris kitabları ilə təchiz etmək isə höccətül-islam İbadulla Ocaqnəjad tərəfindən dəstəklənirdi. Çünki “Hüseyniyyə”də qafası yuyulmuş şagirdlər üstünlük təşkil edirdilər. Bu universitetin Sumqayıt filialında təhsil alan Polad da belələrindən biri idi. Daha sonra, fəal tələbələrin Kərbala, Qum, Hələb və digər dini ziyarətgahlara səfərləri təşkil olunmağa başladı. Tələbələri isə oralarda “İran İslam İnqilabının Keşikçiləri Korpusu”nun xüsusi kəşfiyyat idarəsi kimi tanınan “SEPAH”ın “Qafqaz masası”nın əməkdaşları gözləyirdi. Tələbələr test üsulu ilə sınaqdan keçirilir və onların Azərbaycan Respublikasında hansı sahələrdə “SEPAH”ın tələbləri və şərtləri altında çalışacaqları müəyyən edilirdi. Bu tələbələr arasında Polad haqqında hətta xüsusi dosye də hazırlanmışdı. Onun vəzifəsi dini təşkilatlarla, siyasi partiyalar və vətəndaş cəmiyyəti qurumları ilə bağlantılar qurmaqdan ibarət idi. “Xeberman.com” və “press-az.com” xəbər portallarının təsisçisi və baş redaktoru sifəti ilə ona verilən xüsusi tapşırıqlar həyata keçirilirdi.

“Tamah diş altındadır” və biznes hədəfləri

Polad Aslanov İranın Məşhəd və İraqın Nəcəf şəhərlərindəki dini baxımdan ziyarətgah olan məkanlara zəvvarların təşkili və buna görə əməlli başlı para qazanmaq həvəsinə düşdüyü üçün, “SEPAH” tərəfindən ona dəstək verilirdi. Beləliklə də Fəxri Həsənov adlı şəriki ilə “Eşq səfəri” adlı zəvvar şirkətini yaratmışdı. Ayda orta hesabla 2-3 avtobus zəvvarlar qrupunu Qum, Məşhəd və Nəcəf şəhərlərinə yola salırdı. Hər bir zəvvarın sayəsində orta hesabla 80-100 manat gəlir əldə edirdi. Bu da təqribən ayda 12-10 min manat gəlir demək idi. Bundan əlavə zəvvarların sayəsində digər gəlir mənbələrini də hesaba alsaq onun aylıq gəlirlərinin orta hesabla 20-25 min manat civarında idi. Bu gəlirlər əsasən rəhbərlik etdiyi saytların saxlanılması, ölkəmizdə dünyəvi konstitusion idarəetmə sistemini “şəriət dövləti”nə çevrilməsi ideyasına görə fəaliyyət göstərənlərə yardımlar edirdi. Polad Aslanovun əldə etdiyi gəlirlərin bir qismi isə, “şəriət dövləti” ideyasına görə həbs olunanların hüquqlarının müdafiəsinə xərclənirdi.

“Doktor Mühəmməd” kodu və Polad Aslanov

İraqın Nəcəf şəhərində yerli əhalini dini baxımdan istismar edən və xüsusilə Qafqazdan gəlmiş zəvvarlarla işbirliyinə görə sorumlu olan, kod adı ilə “Doktor Mühəmməd” kimi tanınan “SEPAH”ın komandanı Polada xüsusi etimadla yanaşırdı. “Doktor Mühəmməd”in razılığı olmadan Azərbaycan, Gürcüstan və Dağıstana məxsus heç bir şirkət Nəcəf şəhərinə zəvvar daşıya bilməzdi. Hansı şirkət bu istiqamətdə çoxlu pul qazanmaq istəyirdisə, hökmən “Doktor Mühəmməd”in razılığını almalı idi. Razılıq üçün arayışı Polad verirdi. Çünki Poladın əsas vəzifələrindən biri də həmin şirkətlərin sahibləri və kimlikləri haqqında öncədən xüsusi arayışlar hazırlayaraq, “Doktor Mühəmməd”ə ötürmək idi.

“Nəlbəkidə qasırğa” və düşmənlər

Poladın həbsindən sonra, Azərbaycan dövlətinə qarşı təbliğatlar aparan və siyasi diversiyaları gündəmə gitərinə bir çox informasiya mərkəzləri hərəkətə keçiblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı etnik separatizm təbliğatlarını aparan və bu prosesə rəhbərlik edən, qondarma “TMMH”nin başıyekəsi Ələkrəmə Hümbətova məxsus sayt bu məsələdə canfəşanlıq etməyə başlamışdır ( www.tolishstan.com/news/dtx_bas_redaktoru_saxladi_dovl_t_x_yan_t_i_tti_hami_foto/2019-06-14-646? Fbclid = Iw AR06 cK6e LSWjYA sAglP nlI5EID7 wLgf45 IhkLRs 9Fi1VXmWIcPDtpr49hBc). Avropa üzərindən Azərbaycana və onun hakimiyyətinə daim həqarətlər çamuru yağdıran “Meydan TV” isə Polad Aslanovun hüquqlarını müdafiə adı altında daha genişmiqyaslı rəzalətləri gündəmə gətirməyə çalışır (mənbə: https://d9mc3ts4czbpr.cloudfront.net/ru/article/bas-redaktor-dovlete-xeyanetde-ittiham-olunur/?ref=article-related-artciles).

Ermənistan üzərindən Azərbaycan Respublikasına qarşı təxribat tribunaları kimi tanınan “jamaz.info”, “liveuamap.com”, “armradio.am”, “aravot.am”, “armenianreport.com”, “armedia.am”, “voskanapat.com”, “defacto.am”, “verelq.am”, “yerkir.am” və digər informasiya şəbəkələri Polad Aslanovun hüquqlarının müdafiəsinə qalxıblar(jamaz.info/jurnalist-polad-aslanov-saxlanildi-newsid-33154/, armradio.am/az/ 16134, www.aravot-ru.am/2019/06/13/306376/, armenianreport.com/pubs/220089/, voskanapat.info/?p=35386&l=ru, armedia.am/rus/news/72443/azerbaiydzhanskogo-zhurnalista-arestovali-po-obvineniyu-v-gosizmene, verelq.am/ru/node/48450, yerkir.am/ru/news/view/176865.html, defacto.am/168528.html).

P.S. P. Aslanovun həbs olunması barəsində əldə etdiyimiz məlumatlara görə, o, son səfəri zamanı İranın Ərdəbil, Qum, Tehran, Rəşt, eləcə də İraqın Nəcəf şəhərlərində bir sıra görüşlər keçirəcəkdi. Azərbaycanın mövcud dünyəvi sisteminə qarşı çıxaraq “şəriət dövləti” yaratmaq ideyasına görə həbs olunan vətəndaşların hüquqlarının müdafiəsi, xaricdən idarə olunan və Qarabağın azad edilməsi siyasətinə kölgə salmaq üçün bu prosesə süni şəkildə “xirsitan-islam” qarşıdurması kimi qələmə verilməsinə çalışan “Qarabağ İslami Hərəkatı”, “Azərbaycan İslam Hərəkatı” və digər təşkilatların təbliğatlarının gücləndirilməsi üçün çalışmalı idi. Halbuki Azərbaycan dövlətinin tarixi ərazilərinin bütövlüyü BMT və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi baxımdan tanınmış və bu istiqamtdə dövlətimiz xalqımızla birlikdə mübarizə aparır. Bu müqəddəs vəzifəyə dini don geyindirilməsinə isə, əsla yol verilməməlidir.

Related Articles

+994 50 295 94 79
top