“Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olacaq”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasını davam etdirən “Nar” “Ümid” İdman Klubuna dəstək olacaq. Mobil operator klub üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verəcək. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edəcək. 

Qeyd edək ki, 2008-ci ildə yaradılan “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib. Eyni zamanda, klub idmançıları 2012-ci ildən paralimpiya atletika və üzgüçülük növlərində Avropa, Dünya Çempionatlarının və Paralimpiya oyunlarının qızıl, gümüş, bürünc medallarını qazanıblar.

“Nar” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, gənclərə və idmana hər zaman dəstək olur. Əsas məqsəd peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda, fiziki məhdudiyyətli idmançıların dünya miqyasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqdır.

Related Articles

+994 50 295 94 79
top