6 saylı notariat ofisinin rəisi Ədliyyə Nazirliyinin adından yalan danışır – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azinforum.az-a Bakıda fəaliyyət göstərən 6 saylı notariat ofisinin rəisi İmanov Ərəstun Loğman oğlunun öz müəyyən etdiyi qanunlar əsasında fəaliyyət göstərdiyinə dair şikayət daxil olub. Vətəndaşın sözlərinə görə, qeyri-iş günü olduğu üçün, metronun Xətai stansiyası ilə üzbə-üz olan sözügedən notariat kontoruna üz tutub. Şikayətçi deyir ki, həmin ofisin qabağında konkret iş və istirahət günlərina dair qrafik yazılsa da, buna əhəmiyyət verən yoxdur: ” Əsasən maşın alverçilərinin daha çox müraciət etdiyi notariat olduğu üçün, məhz qeyri- iş günlərində həmin kontorda şıdrığı alver gedir. Mənə məhkəməyə yazdığı bir ərizə ilə bağlı imzamı təsdiqlətmək lazım idi. Yəni notarius həmin ərizədəki imzanın mənə məxsus olduğunu təsdiqləməliydi. Uzun növbədən sonra məni İlham müəlim adlı bir şəxsin yanına yönəltdilər. Oranın rəsmi işçisi olub-olmadığını bilmədim, amma rəisə aid bütün işlərin onun tərəfindən görüldüyünün şahidi oldum. Ərizəni görən kimi dedi ki, bunu təsdiq etməyə ixtiyarları yoxdur. Səbəbini soruşduqda bildirdi ki, Ədliyyə Nazirliyindən bütün notariatlara belə təlimat verilib. Bunun qanunsuz olduğunu dedim və etiraz etdim. İlham adlı şəxs məndən rəisi gözləməyi tələb etdi. Düz iki saat da rəisi gözlədim. Gəlmədi. Sonra İlham mənim ərizəmin fotosunu çəkib Ərəstun müəllimə göndərdi. Ərəstun müəllim konkret cavab verdi ki, 128 maddəyə əsasən təlimat var, təsdiqləmə. İlham mənə həmin mesajı göstərdi. Ancaq maraqlıdır ki, elə həmin gün mən 4 manat rüsum ödəməklə Bakı şəhərindəki 23 saylı notariat ofisində imzamı təsdiqlətdim. Qanunvericilik buna icazə verdiyi halda, niyə Ərəstun müəllim nazirin adından yalan danışır?”

Mövzu ilə bağlı əlaqə saxladığımız bir neçə hüquqşunas 6 saylı notariatın qanunları pozduğunu bildirdi. Onların sözlərinə görə, dövlət qurumları, məhkəmələrə müraciət etmək vətəndaşın konstitusion hüququr: “Bundan vətəndaşı kimsə məhrum edə bilməz. İmzanın doğruluğunu təsdiqləmək isə notariatın vəzifəsinə aid olan məsələdir. Ərizədə nəyin yazıldığına dair araşdırma aparmaq, onu mübahisələndirmək notaritın səlahiyyətinə aid deyil. Əgər notariat müdiri kiminsə qanunlara əsaslanmayan şifahi göstərişlərini yerinə yetirirsə, bunun özü də qanunazidd əməldir. Vətəndaş həmin notariatla bağlı məhkəməyə müraciət edə bilər”.

Related Articles

+994 50 295 94 79
top