Gömrük Komitəsinin rəhbərliyi naxçıvanlılarla əhatə olunub – TAM SİYAHI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin təxminən yarısının doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir.

Komitənin rəsmi saytında yer alan məlumatlara istinadən bildirir ki, sədr, onun müavinləri və aparata daxil olan idarə rəislərinin 47%-i Naxçıvan Müxtar Respublikasında doğulublar.
Məlumat üçün bildirək ki, Gömrük Komitəsi aparatının strukturunda sədr və 5 müavin postu da daxil olmaqla ümumilikdə 30 vəzifə mövcuddur və bu vəzifə sahiblərinin 14-nün doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir. Sədr də daxil olmaqla Komitənin qeyd olunan vəzifəli şəxslərinin 17%-i və ya 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olublar. Bundan başqa Gömrük Komitəsi sədrinin 5 müavinindən 3-ü və ya 60%-i Naxçıvanda doğulublar. Eyni zamanda Komitə rəhbərliyində yer alan və general rütbəsi daşıyan şəxslərin də 62,5%- nin və ya 5 nəfərin Naxçıvanda doğulduğu qeyd olunur.

Onu da bildirək ki, Naxçıvan Müxtar Respublikasının əhalisi ölkənin ümumi əhalisinin 4,6%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsinin Naxçıvanda doğulan vəzifəli şəxslərinin tam siyahısı:

1.  Mehdiyev Səfər Məmməd oğlu – Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant – 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub
2.  Hüseynov İsmayil Xəlil oğlu –  Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor – 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
3.  Abdullayev Əsgər Həsən oğlu – Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant – 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4.  Həsənəliyev Rza Cahangir oğlu – Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant – 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5.  Fuad Əlizadə – Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik – 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
6.  Məmmədov Abuzər Bağır oğlu – İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant – 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub.
7.  Cəfərov Simurq Müslüm oğlu – Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik –  1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub.
8.  Məsum Rəsulov Eynalı oğlu – Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor –  1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
9.  Nüsrət Qurbanov Qənbər oğlu – İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi,polkovnik – 15 aprel 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.
10.  Novruzov Qulu Novruz oğlu  – Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, polkovnik – 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun  Nehrəm kəndində anadan olub.
11.  Zalov Rəşad Oruc oğlu – Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik – 18 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
12.  Fərzəliyev Dilavər Məmməd oğlu – Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik –  1959-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub.
13. Axundov Natiq Sabir oğlu – Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik – 1977-ci il sentyabrın 22-də Naxçıvan şəhərində anadan olub.
14.  Muxtarov Sənan Əli oğlu – Hüquq Təminatı İdarəsinin rəisi, polkovnik – 1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində anadan olub. (Yeniavaz.com )

Related Articles

+994 50 295 94 79
top