Kəmaləddin Heydərovun oğlu ilə bağlı xəbər təkzib olundu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

FHN naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Böyük Britaniya vətəndaşlığı alınması ilə bağlı xəbər Gilan Holdingin Marketinq və Kommunikasiyalar Şöbəsi tərəfindən təkzib edilib. Yenilik.Az-a bununla bağlı göndərilən məktubda bildirilir::

“Son günlər bir neçə xəbər saytlarında yayılan yazılarda cənab Tale Heydərovun Britaniya vətəndaşlığının alınması iddia olunur. Məsələ ilə əlaqədar bildiririk ki, yayılan məlumatlar iftira olaraq, həqiqətə uyğun deyildir. Tale Heydərov Azərbaycan Respublikasının vətəndaşlığından çıxmayıb və digər xarici dövlətin vətəndaşlığını qəbul etməyib.

Uzun illərdir ki, Azərbaycanın Britaniya və Avropa ölkələri ilə ictimai, mədəni, işgüzar əlaqələrinin gücləndirilməsi işinə dəstək verən cənab Heydərov, həmçinin ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətimizin maarifləndirilməsinə töhfə verən bir sıra yerli və beynəlxalq layihələrin təsisçisi və rəhbəridir. Fəaliyyəti ilə əlaqədar olaraq, o, vaxtaşırı işgüzar səfərlərdə olmaqdadır.

Qeyd olunanlarla əlaqədar, cənab Tale Heydərovun şəxsi və işgüzar nüfuzuna xələl gətirəcək böhtan xarakterli, təsdiq olunmamış məlumatların yayılmasına yol verməməyiniz və təkzib məktubunu  yerləşdirməyiniz xahiş olunur.”

Related Articles

+994 50 295 94 79
top