AzTV-nin keçmiş əməkdaşından şok ittihamlar-AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV)  texniki direktorun birinci müavini vəzifəsində çalışmış Knyaz Mehdiyev işdən çıxarıldığına görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədovu məhkəməyə verib.


Bu barədə Yenilik.az-a Knyaz Mehdiyev özü məlumat verərək bildirib ki, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarsa da, AzTV-nin hazırki rəhbərliyi onun 7 illik məzuniyyət pulunu və 5 aylıq əmək haqqını verməkdən imtina edir: 


“Mən məhkəmənin çıxardığı qətnamələri özümlə götürərək, AzTV-yə işimi davam etdirməyə getdim. Ancaq Rövşən Məmmədovun tapşırığı ilə məni qanunsuz şəkildə işə buraxmadılar. Məhkəmənin qərarını onlara göstərirəm, ancaq Rövşən Məmmədov onu heçə sayır. Adam məhkəmənin qərarını saymır, hegemonluq edir. Mən 45 ildir ki, dövlət televiziyasında çalışıram, Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən Fəxri adlar almışam. “Əməkdar mühəndis” adını hər adama vermirlər. Amma cənab Prezident mənə bu adı verib. Cənab Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi olan çox hörmətli Əli müəllim Həsənov özü şəxsən mənə vəsiqəni təqdim edib. Zəhmətimlə, bilik və təcrübəmlə, dövlətə sədaqətimlə baş mühəndis, direktorun birinci müavini vəzifəsinə kimi yüksəlmişəm. İndi təcrübəsiz adamlar məni qanunsuz şəkildə işdən çıxarır, məhkəmənin qərarlarına qarşı çıxaraq açıq şəkildə hegemonluq edir.

06.03.1976-cı ildən 01.02.2019-cu ilədək Aztv-də müəyyən vəzifələrdə çalışaraq öz bılık və bacarıgımla Texniki direktorun 1-ci müavini Baş mühəndis vəzifəsinə yüksəlmişəm.45 il müddətində işimdə heç bir nöqsana yol verməmişəm. Bütün dövlət tədbirlərinin qüsursuz televiziya vasitəsi ilə işıqlandırmasında texniki tərəfdən xüsusi əməyim olub. Bu peşəkarlıgıma görə Ulu öndərimiz Heydər Əliyev tərəfindən 04.11.1998-ci ildə 10 nömrəli fərmanı ilə (04-vəsiqə) Azərbaycan Respublikasının “əməkdar mədəniyyət işçisi” və Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 04.11.2008-ci iıdə 24 nömrəli sərəncamı ilə (095 nömrəli vəsiqə) Azərbaycan Respublikasının “əməkdar mühəndisi” fəxri adına layiq görülmüşəm.Məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycanın televiziya məkanında ilk-əvvəl “əməkdar mühəndis” fəxri adına layiq görülənlərdən biri mənəm. Bütün bunlara baxmayaraq AzTV-yə yeni təyin olan sədr əvəzi Rövşən Məmmədov Əmək Məcəlləsinin bütün msddələrini pozaraq, qabaqcadan məni rəsmi xəbərdar etmədən məcburən və təhdidlə 01.02.2019-cu ildən işdən cıxma ərizəsi yazdirmış, lakin 23.01.09 il tarixdən şirkətə daxil olmağıma qadağa qoymuşdur.Bildirmək istəyirəm ki, mənim yerimə uzun illər rəhbərliyim altında çalışan və Rövşən Məmmədovun həyat yoldaşının əmisi olan Xəlil Məmmədovu qoymaq istəyəndə o bu vəzifənin öhdəsindən gələ bilmədiyi üçün imtina etmişdir. Sonra onu texniki direktorun müavini təyin etmişdir.Mənim yerimə isə İsmət Bünyətzadəni təyin etmişdir.Bütün bunlardan narazılığımı bildirərək Səbayıl rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim və məhkəmə prosesini uddum. Bundan sonra mənə xəbər göndərildi ki, “sədr səninlə işləmək istəmir, sən gəlsən onun reytinqi aşağı düşər, işçilər onu saymaz”. Bundan sonra onlar apellyasiya məhkəməsinə şikayət verdilər. Əllərində heç bir haqlı sübut olmadığından məhkəməni bir neçə dəfə təxirə saldılar. Axırda öz şikayət ərizələrini geri ğötürdülər. Mən Səbael rayon məhkəməsinin mənim haqlı olduğumu sübut edən 04.03.2019 tarixli qərarı və apellyasiya məhkəməsinin 01.07.2019-cu il, 04.03.2019- cu il qətnaməsini qüvvədə saxladığı qərarla birlikdə işə getdim, lakin mənim şirkətə daxil olmağıma Rövşən Məmmədov icazə vermədi. Bildirmək istəyirəm ki, 45 il AzTV-də illərlə növbəti məzuniyyətə çıxmadan işləyərək istirahət etmədən çalışan bir insana qarşı hörmətsizlik ağlasığmazdır. Mən üzləşdiyim bu haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya müraciət hazırlayıram və yaxın günlərdə ictimailəşdirəcəm. 

AzTV-nin mövqeyi

K. Mehdiyevin AzTV-nin sədr əvəzi R. Məmmədovun onun əmək hüquqlarını pozması ilə bağlı ittihamlarına şirkətin Hüquq şöbəsinin rəisi Rasim Verdiyev münasibət bildirərək qeyd etdi ki, əslində 2 il bundan əvvəl 65 yaşı tamam olanda işdən azad edilməli idi, keçmiş baş mühəndis K. Mehdiyev əslində keçmiş rəhbərlik dövründə çalışmanın yaş həddinə çatmasına görə işdən azad edilsəydi, onda da şikayət edərdi: “K. Mehdiyevə güzəşt edilib, 2 il müddətli müqavilə ilə işləyib, hazırda 67 yaşı var və özü könüllü şəkildə ərizə yazıb işdən azad edilib, lakin sonradan məhkəməyə müraciət edib, sonra biz özümüz apellyasiya şikayətimizi geri çəkmiş və qətnamənin tez qüvvəyə minməsinə şərait yaratmış, icra vərəqəsini gözləmədən də özümüz qətnaməni icra etmişik. K. Mehdiyev Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinin vaxtı bitdiyinə görə işdən azad edilib. Bu zaman şirkətin ona olan əmək haqqı borcu tam ödənilib və heç bir borumuz qalmayıb”.

Related Articles

+994 50 295 94 79
top