Azərbaycanın TIR sürücüləri etiraz aksiyası keçirəcək – Video

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

TIR sürücüləri logistika şirkətlərinə etiraz edirlər

Beynəlxalq avtomobil yük daşımalarını (TİR) həyata keçirən sürücülər iyul ayının 20-sində ölkədə olan iri və kiçik logistika xidmətləri üzrə fəaliyyət göstərən firmalara etiraz olaraq toplanacaqlar.

Bu barədə Bizimyol.info-ya TİR sürücüsü Hacı Buxsayev bildirib.

Onun sözlərinə görə, hazırda beynəlxalq avtomobil yük daşımaların qiymətləri çox aşağıdır: “Məsələn, Bakıda yerləşən “Baku Steel Compani” şirkətindən Türkiyənin İstanbuk şəhərinə yük daşımanın qiyməti 1000 ABŞ dollarıdır, Gəncə Alüminium Zavodundan İstanbula yük daşımanın qiyməti 800-1000 ABŞ dolları arasıdır. Bizə bu qiymətlərə yük daşıma sərf etmədiyinə görə xidmət göstərmək istemirik. Azərbaycanlı sahibkarlar da aşağı qiymətə yükü Türkiyə, Gürcüstan, Rusiyanın TIR sürücülərinə sifariş edərək onların xidmətindən istifadə edirlər.

Sürücü bildirib ki, Azərbaycanın TIR sürücülərinə aşağı qiymətlə xidmət göstərmək sərf etmədiyinə görə etiraz edirlər: “Nəticədə yüklər xarici nömrələrlə olan yük maşınlarına verilir .Etiraz edən sürücülərə də müəyyən maneələr yaradılır. Bu qiymətlərlə biz Azərbaycan sürücüləri nə avtomobilimizi texniki baxışdan keçirə bilərik, nə də nəqliyyat vasitəsinə təkər ala bilmirik. Vəziyyətin bu həddə çatması sürücülər arasında haqlı narazıçılığa səbəb olur.

Daşınma qiymətlərini bu vəziyyətə salmaqla Azərbaycan vətəndaşlarında hakimiyyətə qarşı narazılıq yaradılır. Bu insanlar barəsində cinayət işinin açılmasını və zərərsizləsdirilməsini sizdən artıq dərəcədə xahiş edirik”.

Related Articles

+994 50 295 94 79
top