Saleh Məmmədovun 40 otaqlı villasının görüntüləri yayıldı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun Nabranda tikdirdiyi villanın görüntüləri yayılıb.


Yenilik.az “Sfera.az” saytına istinadla xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. 


Xəbərə görə, villa son 1 il ərzində tikilib və istifadəyə verilib. Üç mərtəbəli binanın 40 otaqdan ibarət olduğu və 12 milyon manata başa gəldiyi iddia edilir.


Qeyd edək ki, son illər yol tikintisinə büdcədən 10 milyonlarla manat pul ayrılıb. Bu pulların üzərində sərəncam vermək hüququ olan Saleh Məmmədovun belə villa inşa etməsi təəccüblü deyil. Çünki ondan bunu hansı pulla tiikdiyini soruşan olmayacağına əmindir.


Onun xaricdəki böyük biznesi haqda mediada geniş məlumatlar, fotolar yayılsa da, dövlət məmuru olduğu halda bunları necə əldə etdiyinə aydınlıq gətirməyib.(sfera.az)

Related Articles

+994 50 295 94 79
top