“Azercell”dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin gündəlik və işgüzar həyatını daha da rahat etməyi hədəfləyən “Azercell Telekom” bu sıradan olan daha bir yeniliyə imza atıb.

Belə ki, şirkət dünyanın rəqəmsal xidmətlərini korporativ müştərilərinə əlçatan etmək məqsədi ilə kiçik və orta sahibkarlar üçün “Business Web” – veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə “Azercell” korporativ müştərilərinə öz bizneslərini veb-sayt kimi rəqəmsal ünsiyyət vasitəsinin köməyilə inkişaf etdirməkdə dəstək olacaq.

Bulud texnologiyaları üzərindən çalışan “Business Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə həlli “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir. Müxtəlif məzmunlu səhifələrin yaradılması üçün ayrı-ayrı tətbiqlərin mövcudluğu saytın idarə olunmasını daha sürətli və effektiv edir.

Yeni yaradılmış xidmət də daxil olmaqla, “Azercell”in korporativ abunəçiləri üçün geniş çeşiddə məhsul və həllər təklif etməsi onun etibarlı telekom tərəfdaşı kimi töhfəsini bir daha vurğulayır.

Korporativ abunəçilər business@azercell.com e-mail ünvanına müraciətlərini göndərməklə, “Azercell”in yaratdığı bu fürsətdən yararlana bilər.

Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/busInessweb/

“Azercell” rəqəmsal dünyada sizin biznesinizin inkişafını dəstəkləyir!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1 faizi (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radiosiqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Related Articles

+994 50 295 94 79
top