İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş – TƏFƏRRÜAT

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin intihar edən oğlu Orxan Ağayevlə bağlı bəzi məlumatlar üzə çıxıb.

Yenilik.az Oxu.Az-a istinadən xəbər veriri ki, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu keçmiş polis işçisi olub.

Əldə etdiyimiz məlumata görə, son zamanlar onun psixoloji vəziyyəti yerində olmayıb. O.Ağayevin çalışdığı iş yerindən ayrılmasının səbəbi kimi psixoloji vəziyyətinin normal olmadığı ehtimal edilir.

Qeyd edək ki, O.Ağayev bir saat bundan qabaq Nərimanov rayonu ərazisində “MADO” restoranının yaxınlığındakı beşmərtəbəli binalardan birindən özünü atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Related Articles

+994 50 295 94 79
top