“Xətai” Estetik Klinikasında baş vermiş ölüm faktı üzrə cinayət işi başa çatıb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda özəl klinikalardan birində baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

Yenilik.az xəbər verir ki, News24.az-ın məlumatına görə, Xətai rayonu ərazisindəki “Xətai” Estetik Klinikasında  8 yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkimin səhlənkarlığından ölüb. Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim N.Yaqubova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni səhlənkarlıq, ölümlə nəticələndikdə maddəsi ilə iş açılıb. Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib.

Qeyd edək ki, klinikada faciəli şəkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş.

Related Articles

+994 50 295 94 79
top