Tikinti şirkəti Bakıda ağacları kəsdi — Nizami RİH MÖVQEYİ (FOTOLAR)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhəri ərazisində ayrı-ayrı şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi davam edir.


Demokrat.az xəbər verir ki, növbəti belə fakt paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında qeydə alınıb. Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsinin fotolarını bizə göndəriblər. 


Sakinlər deyir ki, ağaclar kəsilən ərazidə “Orbita-İmperial” MTK şirkəti tərəfindən çoxmənzilli yaşayış binası inşa edilir. 


Hər kəsin gözü qarşısında ağaclar kəsilsə də, ancaq nədənsə müvafiq dövlət qurumları və Nizami rayon İcra Hakimiyyəti törədilən qanunsuzluqlara hələ də göz yumurlar. 


Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verən olmayıb. 

18 iyul 2019-cu il tarixində kütləvi informasiya vasitələrində işıqlandırılan Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında tikinti şirkəti tərəfindən böyük ağacların məhv edilməsi məlumatı ilə əlaqədar Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları birgə sözügedən ərazidə araşdırma aparmışlar.
Araşdırma zamanı “Orbita-İmperial” MTK tərəfindən dəmir lövhələrlə hasara alınmış ərazidə qanunsuz ağac kəsilməsi faktı aşkar olunmamışdır.
Lakin ərazinin çöl hissəsində 15 iyul 2019-cu il tarixində güclü külək zamanı 1 ədəd tut ağacının kökündən əyilərək qaz xəttinin üzərinə aşması nəticəsində, həmin ağacın aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən zərərsizləşdirilərək ərazidən götürülməsi faktı müəyyən edilmişdir.
Kütləvi informasiya vasitələrində gedən Nizami rayonunda tikinti şirkəti tərəfindən böyük ağacların məhv edilməsi barədə məlumat öz təsdiqini tapmamışdır.

Related Articles

+994 50 295 94 79
top