Arif Alışanov yeni qaynanasından 3 il, həyat yoldaşından 20 il böyükdür

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

AzTV QSC-nin sabiq sədri Arif Alışanovun yeni ailə həyatı qurduğu Ayşən Məstanova (Şakirqızı) ilə bağlı maraqlı faktlar ortaya çıxıb. 


Yenilik.az-ın əldə etdiyi məlumata görə, Arif Alışanovun yeni qaynanası Gülbahar Haqverdiyeva 1963-cü il martın 25-də anadan olub. 23 aprel 2019-cu ildən Sumqayıt Təhsil Şöbəsində Metodikabinənin müdiri vəzifəsində çalışır. 


Qızı Ayşən Alışanova əvvələr Rusiyada yaşayan bir azərbaycanlı ilə ailəli olub və onadan 1 övladı var. Onun Arif Alışanovdan da 1 övadı var. 

O, Sumqayıtda “Təfəkkür” liseyində də direktor olub. G.Haqverdiyeva Təhsil Nazirliyinin kurikulum üzrə təlimçisi, Sumqayıt şəhər Təhsil Şöbəsi üzrə YAP ilk ərazi təşkilatının sədri, eyni zamanda Sumqayıt şəhər YAP siyasi şurasının üzvüdür.

Arif Alışanov və Ayşən Şakirqızı cütlüyünün artıq övladının da olması və eyni vaxtda AzTV-də işdən çıxmaları sübut edir ki, A.Alışanov hələ sədr və ailəli olarkən işçisi ilə arasında sevgi münasibəti yaranıbmış.

Related Articles

+994 50 295 94 79
top