Deputat:”Cənab Prezident Rövşən Məmmədova böyük etimad göstərib, onu AzTV-yə rəhbər təyin edib”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Elman Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədovun fəaliyyətini təqdir edib. 


Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Rövşən Məmmədov qısa müddət ərzində AzTV-də böyük uğurlara nail olub:


“Mən Rövşən müəllimi AzTV-də veriliş aparan vaxtlardan tanıyıram. Dəfələrlə məni öz verilişlərinə dəvət edib. Rövşən Məmmədovu çox mütərəqqi fikirli, müasir və istedadlı gənc ziyalı kimi tanıyıram. O, çox istedadlı və bacarıqlı kadrdır. İnanmıram ki, Rövşən Məmmədov öz qohumlarını AzTV-də rəhbər vəzifələrə təyin etsin. Mən onun haqqında yalnız müsbət fikirlər eşitmişəm”.


Deputat əlavə edib ki, Rövşən Məmmədov qısa müddətdə AzTV-nin baxımlı televiziyaya çevrilməsinə nail olub:


“Bu təqdir olunmalı işdir. Cənab Prezident də ona böyük etimad göstərib, onu AzTV-yə rəhbər təyin edib. İnanıram ki, o, öz peşəkarlığı ilə bu etimadı doğruldacaq”. 

Related Articles

+994 50 295 94 79
top