”Vüsal Novruzovun müdaxiləsi nəticəsində bütün günah oxları anama tərəf yönəlib”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovun sürücüsünün 1,5 milyon manatını mənimsəməkdə günahlandırılaraq məhkum edilən qadın cəzası ilə razı deyil. Bu il iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş Gülarə Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılır. O, guya ki Bakı Gömrük İdarəsinin o vaxtki rəisi Vüsal Novruzovun sürücüsü işləyən Nəsirli Nəcəfdən 1.500000 (bir milyon beş yüz on iki min səkkiz yüz altmış dörd manat əlli qəpik) manat miqdarında pul alıb. 

G.Əliyevanın qızı Nigar Əlizadə anasının məhkumluğu ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib: “Əslində Nəsirli Nəcəf özü Gülarə Əliyevadan 615.000 (altı yüz on beş min) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını nisyə alıb. Bir neçə həftədən sonra ondan aldığı qızıl-zinət əşyalarını itirdiyini deyib. Bu hadisədən sonra Gülarə Əliyeva ondan şikayət verib, lakin Vüsal Novruzovun müdaxiləsi nəticəsində nədənsə birdən-birə bütün günah oxları anama tərəf yönəlib. Bundan başqa anam guya Nəcəf Nəsirlini aldadaraq əldə etdiyi pulun miqdarı isə necə də reallıqdan uzaq bir fikir kimi səslənir. Çünki sürücü kimi işləyən birinin bu qədər pulu halal zəhmətlə qazanması sadəcə olaraq mümkün deyildir. Sadə bir hesablama aparsaq işdəki məntiqsizliyi çox daha yaxşı başa düşə bilərik. Əgər sözügedən “sürücü” müdirinin müstəsna səxavəti nəticəsində aylıq 5000 manat maaş alsa (hərçənd ki heç bir sürücü 5000 manat maaş almır) və o maaşın bir qəpiyinə belə toxunmadan yığsa tam olaraq 25 il sonra bir milyon yarım manat pula yaxınlaşmış olacaq. Göründüyü kimi Gülarə Əliyeva üçün çoxşəxəli və peşəkarlıqla hazırlanmış bir tələ qurulub və o da burada qurbana çevrilib”.Hazırda isə iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatındadır. 

Related Articles

+994 50 295 94 79
top