İşsizlərlə bağlı YENİ QAYDALAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib və Nazirlər Kabinetinin qərarı ilə “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərar ləğv edilib. 

Yenilik.Az xəbər verir ki, yeni qaydalara görə, 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) forması Qanunun 5.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş “Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir.

Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.

MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir.

İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın Qanunun 4-cü maddəsinə uyğun olaraq məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır.

İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir.İşsiz kimi qeydiyyata alınan şəxsə münasib iş təklifi bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

Related Articles

+994 50 295 94 79
top