İsfəndiyar Axundovun ağ yalanı: Maşının yanındakı kimin oğludur?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı, “Şərur” MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundov 10 VO 200 dövlət nömrə nişanlı “Bentley Continental” maşınla su kanalına düşüb.

“Yeni Sabah” bildirir ki, iş adamı Demokrat.az-a açıqlamasında bildirib ki, oğlunun avtomobilinin kanala düşməsi xəbəri yalandır: “O avtomobil mənim oğluma məxsus deyil. Oğlumun avtomobili kanala düşməyib. Əgər düşsəydi, ən azı bir ata kimi bundan xəbərim olardı. O, maşın bizim deyil”. 

İsfəndiyar Axundovun ağ yalanı: Maşının yanındakı kimin oğludur?

“Yeni Sabah” bildirir ki, iş adamı bilərəkdən və hər kəsə bəlli olan bir hadisəni təkzib etməyə çalışıb. Belə ki, Qaynarinfo.az saytı T. Axundovun bu gün kanala düşən 10 VO 200 dövlət nömrə nişanlı “Bentley” maşınla fotosunu yayıb. Həmi fotonu bir müddət əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu özü İnstagram səhifəsində paylaşıb. Və bu, tikinti maqnatının uşaqlarının lüks avtomobil kolleksiyasına məxsus olan maşınlardan sadəcə biridir. 

Bəs İ. Axundov bu xəbəri təkzib etməklə nəyə nail olmaq istəyir? Bu maşının yanındakı onun oğlu deyilsə, kimdir?

Related Articles

+994 50 295 94 79
top