“Baku Medical Plaza”nın həkiminə təşəkkür edirlər

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Baku Medical Plaza Klinikasının mama-ginekoloqu Mətanət Məmmədovanın kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təkcə Bakıdan yox, Azərbaycanın bütün bölgələrindən gələn xəstələrdir. Onların hamısı Mətanət həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.

Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. 
Bakı şəhərinin bir qrup sakini Baku Medical Plaza Klinikasının mama-ginekoloqu Mətanət Məmmədovaya təşəkkür edib. Pressdent.az.saytına göndərdikləri məktubda Mətanət xanımın bacarıqlı həkim olmasından söz açılır, onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. “Analara isti körpə dünyası bağışlanılmasına səbəb olan Mətanət həkm. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, körpə qığıltısı, körpə nəfəsi bəxş edilməsinə səbəb olan Mətanət xanıma bütün anaların dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın. Böyük ehtiramla cərrah-mama-ginekoloq Mətanət Məmmədovaya həsr etdiyimiz şeiri təqdim edirik: 
Körpə məhəbbətdir, saf eşq, diləkdir, 
Ananın qəlbində vuran ürəkdir.
Bir gün bu aləmə işıq gərəkdir,
Həkimdir ananın yalnız dayağı”.
Bir qrup Bakı sakinləri adından
Sevil xanım isə yazdığı bu məktubda Mətanət xanıma öz təşəkkürünü aşağıdakı cümlələrlə bildirdi:
Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. 1-ci dəfə yanınızdan çıxanda çox ümid yaratdız məndə. Çox tez vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız məndə. Körpəmi sağ-salamat qucağıma verdiniz. Allah sizi də həmişə sevindirsin məni savadlı həkimim Mətanət xanım. Allah sizə uzun ömür ömür versin, bu tutduğunuz gözəl sənəti hələ çöx davam etdirəsiniz. Çünki sizə ehtiyacı olan çox insanlar var.

Related Articles

+994 50 295 94 79
top