“Baku Medical Plaza”da ana südü ilə qidalandırma haqda maarifləndirici tədbirlər keçirilib- VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Baku Medical Plaza”da 1-7 avqust tarixini əhatə edən “Ana südü ilə qidalandırma həftəsi” ərzində maarifləndirici tədbir keçirilib.

Klinikanın şöbə müdiri, pediatr-neanotoloq dr. Erkin Rəhimov tədbir haqda xəbər verərək, ana südü ilə qidalandırmanın körpəni lazımi vitaminlərlə təmin etmək üçün ən yaxşı vasitə olduğunu deyib: “Bizim məqsədimiz odur ki, ana olan xanımlarımız körpələrini ana südü ilə qidalandırsınlar. Bunun üçün ayrıca tibb bacısı ayrılıb, doğumdan sonra analara bu haqda məlumatlar verir, maarifləndirmə aparır. Bundan əlavə, bir kitabça hazırlamışıq, orada ana südünün faydaları və ana südü ilə bağlı digər məlumatlar əksini tapıb”.
Həftə ərzində görülən digər işlər və ümumilikdə proseslə bağlı əlavə məlumatlar haqda aşağıdakı videoda tanış ola bilərsiniz:

Related Articles

+994 50 295 94 79
top