Azərbaycanda sərxoş halda zorlamaların sayı açıqlandı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlərin statistikası barədə rəqəmlər ildən-ilə dəyişir.


Yenilik.Az Dövlət Statistik Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı ən çox 1997-ci ildə qeydə alınıb.


Belə ki, bu ildə sərxoş halda 1445 cinayət törədilib. 1993-cü ildə bu rəqəm 1087, 1994-cü ildə 1200, 1995-ci ildə isə 1341 olub.


Sərxoş halda baş verən hüquq pozmaları ən az 2003-cü ildə qeydə alınıb – 466 fakt.


2015-ci ildə sərxoş halda 572 cinayətə “imza atılıb” ki, bunun da 105-i ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir.


1997-ci ildə ən yüksək rəqəm qeydə alınıb, onlardan 487-si ağır və xüsusilə ağır cinayət hesab olunub.


2016-cı ildə sərxoş halda 486 cinayət halı qeydə alınıb, bunun 93-ü ağır və xüsusilə ağır cinayətdir.


Statistik göstəricilərdə ən son tarix 2017-ci il göstərilib. 2017-ci ildə sərxoş vəziyyətdə 459 cinayət törədilib ki, bunun da 92-si ağır və xüsusilə ağır cinayətdir.


Sərxoş vəziyyətdə zorlama ilə bağlı ən böyük rəqəm 1994-cü ildə qeydə alınıb (20 belə hal). Ən kiçik rəqəm isə 2008, 2009 və 2013-cü illərə aiddir – müvafiq olaraq hər ildə cəmi iki hal.


2015-ci ildə isə bu rəqəm beş, 2016-cı ildə üç, 2017-ci ildə isə yeddiyə çatıb.

Related Articles

+994 50 295 94 79
top