FÜZULİ MƏMMƏDOVDAN 2 MİLYON DOLLARLIQ YALAN

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Məlum olduğu kimi tanınmış vəkil Adil İsmayılov son günlər Ramil Səfərovun həbsdən azad olunması işində iştirakı ilə bağlı xatirələrini sosial şəbəkədə yazır. Bu gün A.İsmayılov həmişə sosial şəbəkələrdə özünü vətənpərvər kimi göstərməyə çalışan Rusiyada yaşayan və Frenk Elkaponi kimi tanınan Füzuli Məmmədovu da xatırlayıb:

FRENK ELKAPONİ İLƏ UĞURSUZ GÖRÜŞ 

Yadınızdadırsa yazmışdım ki, bu işlə əlaqədar heç bir iş adamından pul almamışam, arada-bərədə qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz. Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi Bakıdadır, Hyatt Recensi mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədi ilə mənimlə görüşmək istəyir. Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik. Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini çəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini , nə də onun vəkillərini gördüm … “

Ümumiyyətlə tək Füzuli Məmmədov deyil, xaricdə yaşayan bir çox iş adamları bəzən belə vədlər verirlər, sonra isə bu vədləri tez unudurlar.

Füzuli Məmmədov əgər bu açıqlamaya münasibət bildirsə dərc edərik.

Related Articles

+994 50 295 94 79
top