Əli Əhmədovun narazı qaldığı bazar Abutalıbovun imiş — FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Baş Nazirin müavini Əli Əhmədovun qiymətlərin baha olduğunu dediyi bazar Hacıbala Abutalıbova məxsusdur.


Unikal.org-un əldə edtiyi məlumata görə, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Yaşıl bazarın sahibi Baş nazirin müavini Hacıbala Abutalıbovdur. 


O, bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.


Qeyd edək ki, dünən Kənd Təsərrüfatı naziri İnam Kərimov və Baş Nazirin müavini Əli Əhmədov Yaşıl bazarda qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər. “Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.

Related Articles

+994 50 295 94 79
top