8 nəfərin xəsarət aldığı qəzanın səbəbi bilindi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb. Yenilik.az Real.TV-yə istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.
Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.
Xasarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.

Related Articles

+994 50 295 94 79
top