Aslan 8 yaşlı qızı parçalamaq istədi, amma… – İnanılmaz hadisə

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

8 yaşlı qıza aslan hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatının Denver şəhərində qeydə alınıb.

Məlumata görə, şəhərin Bailey qəsəbəsində evin önündə qardaşı ilə oynayan 8 yaşındakı uşağa aslan hücum edib. Hadisəni görən qızın qardaşı dərhal evə qaçaraq bu haqda atasına xəbər verib. Bayıra çıxan ata qızının aslan tərəfindən parçalandığını görüncə, ona hücum edib. Qəribədir ki, atanın qəti addımlarla aslanın üzərinə getməsi vəhşi heyvanı qaçmağa vadar edib. Qız dərhal xəstəxanaya aparılıb və onun durumunun ağır olduğu deyilir.

ABŞ mediası atanın bu qətiyyətini “qəhrəmancasına addım” kimi təqdim edib.

Mütəxəssis Ferrel isə bəyan edib ki, ata lazım olanı edib və aslana tərəf qaçmaqla ondan daha güclü olduğunu isbatlayıb.

Related Articles

+994 50 295 94 79
top