Qəbələdə zibilliyə vurulmuş odun söndürülməsi saatlar çəkdi – İDDİA/ FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Teref.az yazır ki, ötən həftə Qəbələnin akademik Zərifə Əliyeva küçəsində yaşayan bəzi sakinlər, Dəmiraparan çayının onlara yaxın olan hissəsinin qanunsuz zibillik kimi istifadə edildiyindən şikayət etmişdilər. İşimiz çox olduğu üçün həmin anda əraziyə çəkiliş üçün gedə bilməmişdik. Belə ki, Qəbələ sakinlərinin problemləri o qədərdir ki, əhalinin şikayətlərinə yetişə bilmirik. Şikayət edəcək yer tapmayan sakinlər, bizi bir ümid yeri olaraq görməyə başlayıblar. Üç gün əvvəldən isə sakinlər həmin zibillikdə böyük yanğın olduğu barədə FHN-nin Qəbələ rayonunda yerləşən Şimal –qərb regional mərkəzinə şifahi müraciətlər ediblər. Əraziyə Qəbələ otellərinin zibili daşınaraq vaxtaşırı yandırılırmış. Son yanğın çox şiddətli olduğundan, sakinləri narahat edib. Əhalinin müraciətinə heç təəccüblü deyil ki , kimsə məhəl qoymayıb. Son dönəmlərdə Qəbələdə ümumiyyətlə heç bir idarə, təşkilat əhalinin müraciətini saya salmır. Dünən səhər tezdən yanğın ərazidəki meşə zolağına sıçrayıb. Hadisəyə rayonun aidiyyətli orqanlarından kimsə məhəl qoymayıb. 
Hadisə barədə bizə məlumat verən Tehran Musayevin deiyinə görə axşam saat 17-00 da yanğın yaxınlıqdakı yaşayış evlərinə keçib. Əhalinin bir qismi evlərini yanğından öz gücünə qoruya bilsə də vətəndaş Musayev Elman Zaləddin oğlunun evi bir saat ərzində yanaraq, külə dönüb. Yalnız bundan sonra hadisə yerinə FHN-nin yanğın söndürənləri cəlb edilib və bir neçə saatdan sonra yanğın söndürülə bilib. 

Xəbərfakt.az regional büro rəhbəri
Şahin Fərhad oğlu Cavadov
Teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!

Related Articles

+994 50 295 94 79
top