Belə bir biabırçı mənzərəni Tovuzun icra başçısı görməyə bilməz… – Yəqin adama ləzət eləyir…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Belə bir biabırçı mənzərəni Tovuzun icra başçısı görməyə bilməz…
Tovuz rayonunun ərazisindən keçən Tovuz və Əsrik çayları zibillənib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, çaylara müxtəlif məişət tullantıları, heyvanların iç orqanları və dəriləri atılıb.

Çayın məcrasındakı zibillər ətrafda antisanitar vəziyyət yaradıb.

Çay kənarında yerləşən obyektlərin çirkab suları da birbaşa çaya axıdılır. Zibilin çoxluğundan çayda suyun axın istiqaməti belə görünmür.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən Oxu.Az-a deyilib ki, hadisədən xəbərsizdirlər.

“Əraziyə baxış keçirib açıqlama verəcəyik”, – deyə İcra Hakimiyyətindən bildirilib.

Related Articles

+994 50 295 94 79
top