Amazonda yanğınların sayı rekord həddə çatıb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ötən ay Amazon meşələrinin Braziliyaya aid hissəsində təqribən 31 min yanğın ocağı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilir ki, bu, son doqquz ildə ən yüksək və bir il əvvəlkindən təqribən iki dəfə böyük göstəricidir.

İlin əvvəlindən Amazonda ümumilikdə 46 min 825 yanğın qeydə alınıb.

İdarənin statistikasına əsasən, 2005-ci ilin avqustunda bu göstərici 63 min 764-ə bərabər olub.

Related Articles

+994 50 295 94 79
top