“”AZƏRİQAZ” İNSAFA GƏLƏNƏ QƏDƏR…” – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzləri (RMTM) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və soyuqların düşməsinə qədər həmin kəndlərin əhalisinin odunla təmin olunmasını bitirmək istəyir.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Amma Moderator.az-a daxil olan şikayət məktubunda “Azəriqaz”ın “gözündən-könülündən” iraq düşmüş, taleyin ümidinə buraxılmış məcburi köçkünlərin məskunlaşdığı qəsəbə ucqar dağ kəndində deyil, Bərdə-Ağdam yolunun üzərində, Bərdə şəhərindən cəmisi 300 metr məsafədə magistral qaz xəttinin 5 metrliyində yerləşir.

İllərdi yazmadıqları ünvan, üz tutmadıqları rəsmi qurum qalmayıb. Amma dəfələrlə söz verilsə də 25 ildən artıqdır problem “naməlum səbəb”dən hələ də həllini tapmayıb. Şikayətçilər Kəlbəcərin ermənilər tərəfindən qazlaşdırılmağa başlaması xəbərindən od tutub yanırlar ki, öz vətəndaşına bu qədər ögeylik sərgiləmək hansı məntiqə və vicdana sığır?

Qəsəbə sakinləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevdən xahiş edirlər ki, onların da meşə materialı (odun yanacağı) ilə təmin edilməsinə yardımçı olsun, heç olmasa “Azəriqaz” rəhbərliyi insafa gəlib “Qordi düyünü”nə çevrilmiş bu problemi çözənə qədər…

Related Articles

+994 50 295 94 79
top