Azərbaycanda tanınmış şirkətin satış müdiri 70 min manat mənimsəyib

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın tanınmış kosmetika şirkətinin əməkdaşı barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, “İnterPazarlama” MMC-nin müdiri İsmail Bülbül Lənkəran Rayon Polis Şöbəsində müraciət edərək MMC-nin cənub bölgəsi üzrə satış müdiri Elvin Cavadovun şirkətə məxsus 70 min manat pulunu mənimsədiyini bildirib.

Daxil olan müraciət əsasında araşdırmalara başlanıb və toplanmış materiallar Cəlilabad rayon Prokurorluğuna göndərilib.

Həmin faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Related Articles

+994 50 295 94 79
top