Pediatr icra başçıs İradə Gülməmmədovanın Abşeron əməlləri…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Hakimiyyət düşərgəsində islahatların davam edəcəyi şübhəsizdir. Siyasi müşahidəçilər nazirlik səviyyəsindəki kadr dəyişikliklərinin yerli idarəetməyə də təsir edəcəyini, bir çox icra başçılarının öz kreslosu ilə vidalaşacağını proqnozlaşdırır. Bu sırada adı hallanan rayonlardan biri də Abşerondur. Belə ki, ölkənin yeganə xanım icra başçısı olan İradə Gülməmmədovanın ona göstərilən etimadı doğrultmadığı göz önündədir. Ötən müddət ərzində Abşeron rayonunda ev tikintisi qalmaqalına görə Qarabağ qazisinin özünü və evini yandırmasından tutmuş, xanım başçının rayon məktəblərinə paylanan gündəliklərdə özünü ölkə rəhbəri kimi təqdim etməsinə qədər müxtəlif məqamlar mətbuata yol açıb. “Balaca padşahların böyük nağılı” adlı rubrikamızda bu dəfə cumhiriyyet.az Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın portretini və rayondakı gerçək durumu sizə təqdim edir:

İradə Gülməmmədova: Həkim necə icra başçısı oldu?

02 sentyabr 2015-ci ildə Abşeron rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunan İradə Gülməmmədova haqqında mediada dərc olunan yazılardan sonra narazı insanların haqlı müraciətlərinin həllini tapacağına ümidlər yaranmışdı. Lakin, İradə xanım ölkənin qanunlarını tanımamağa davam edərək öz şəxsi maraqlarını ön plana çəkib. Mediada yazılanlara əsasən cumhuriyyet.az olaraq qeyd edə bilərik ki, İradə Gülməmmədova rayonun keçmiş icra başçısı, hazırda Sumqayıt meri Zakir Fərəcov tərəfindən bu vəzifəyə gətirilib. Xanım icra başçısının rəsmi tərcümeyi halını təqdim etməklə Aztoday.az olaraq nəticəni oxucuların öhdəsinə buraxırıq. Gülməmmədova İradə Akif qızı 01 oktyabr 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur.1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun “Pediatriya” fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə1986-cı ildə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında həkim “pediatr-interna” kimi başlamışdır. 1986-1995-ci illərdə Balakən rayon xəstəxanasında həkim “pediatr-neonotaloq”, 1995-2006-cı ilərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim ,2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının 1-ci müavini vəzifəsində çalışmışdır. 02 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1392 saylı Sərncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Xanım başçının kapitalından seçmələr

Bütün digər həmkarları kimi, İ.Gülməmmədova da rəhbərlik etdiyi rayonda özünə biznes imperiyası yaradıb. Bu haqda cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmarda ortaya çıxan məlumatlara görə, Abşeron rayonu ərazisində İ.Gülməmmədovanın biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var. Bunlardan ən məşhurları isə Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Abşeron sakinlərinin bildirdiyinə görə, bu obyektlərdə qiymətlər daha yüksək olması ilə diqqəti çəkir. Müştərilər nəyəsə etiraz edən də isə işçilər “Bura İradə xanımın obyektidir, heç kim bizə gözün üstə qaşın var deyə biməz” deyərək onlarla kobud davranırlar. Qeyd olunur ki, İ.Gülməmmədova “Titanik”in “sükanı”nı isə İlham adlı qardaşına tapşırıb. Bu şəxsin adı isə bir sıra qalmaqallada çəkilir. Bu mövzuya bir başqa yazıda toxunacağıq. Bildirilir ki, Abşeron rayonundakı bütün təndirxanaların demək olar ki, İ.Gülməmmədovaya məxsusdur. Böyük qazanc gətirən bu təndirxanalar xüsusən də yay aylarında İ.Gülməmmədovaya yüz minlərlə manat qazandırır. Mediada yer alan məlumatlarda digər biznes obyektlərinin də adı çəkilir: “Bunlardan ən məşhurları Xırdalan şəhərindəki “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, həmçinin “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikasnın yaxınlığındakı şərab evinin də İ. Gülməmmədovaya məxsus olduğu bildirilir. İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Rayonda müxtəlif ərazilərdə böyük ölçülərdə torpaq sahələri başçının qohumlarının adına özəlləşdirilib. Xırdalanda, Fatmayıda, Nnovxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində belə torpaq sahələri daha çoxdur. Goradildə dəniz sahili ərazilər ələ keçirilərək özününküləşdirilib”.

Abşeronda kök atan tikinti mafiyası

Əvvəllər ev tikməyin «icazəsi» min (1000) manatla, beş min (5000), (yerə görə dəyişir), manat arasında dəyişirdi. İndi isə Abşeron qəsəbə və kəndlərində ev tikməyin «icazəsi» işıq sürətilə qalxaraq 5-10 min manat arasına qalxıb. Ölkənin iqtisadi durumunun bu ağır vaxtlarda və əhalinin yaşayış səviyəsinin aşağı düşdüyü bir şəraitdə rüşvət qiymətinin artması əhalinin ciddi narazılığına səbəb olub. Lakin görünür ki, əhalinin yaşayış səviyəsinin aşağı düşməsi rüşvət bazarına təsir etmir. Əksinə qiymətlər qaldırılaraq əhaliyə olunan zülm və sosial ədalətsizlik daha da artırılıb. Şikayətçilər bildirir ki, hazırda rayonun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində və Masazır, Məmmədli, Novxanı, Fatmayı, Görədil kəndlərində ev tikmək istəyənlər icra hakimiyyətinin tikinti şöbəsinə lazım olan qədər vəsaiti ödədikdən sonra istədikləri evi tikə bilirlər.

Əgər kimsə iki mərtəbəli ev tikmək istəyirsə, o zaman daha çox hesab verməyə məcburdur. Abşeronda rüşvət məbləğinin artmasına çox maraqlı bir açıqlama verirlər. Bildirilir ki, guya rayondakı tikinti biznesində sabiq icra başçısı, hazırda Sumqayıt şəhərinə rəhbərlik edən Zakir Fərəcovun xüsusi payı var. Məhz bu səbəbdən də qiymətlər belə bahadır. Belə ki, toplanan vəsaitin bir hissəsi Zakir Fərəcova çatır. Bunun nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərik, hər halda Zakir Fərəcov başqa bir ərazinin rəhbəridir. Görünür Abşeronda tikintlərdən əldə olunan milyonlarla qanunsuz vəsaitə “haqq qazandırmaq” üçün bu üsuldan istifadə edirlər. Təsadüfi deyil ki, tikinti işlərinə nəzarəti həyata keçirən Akif Əliyev, həmçinin bu qrupa daxil olan digərləri Abşeronda böyük sərvətə, çoxsaylı obyektlərə sahibləniblər. Onların icazəsi olmadan kimsə həyətində toyuq hini də tikə bilməz. Verilən “icazə” isə vətəndaşların talan olunması hesabına baş tutur.

Məlumata görə, Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb. Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib. Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.

Elmir kimdir və ya Fuad Cəbrayılovun gizli dəstəsi

Qeyd edək ki, Elmir vaxtı ilə muavinin sürücüsü olub və başçı müavini daha sonra onu Memarlıq və Tikinti şöbəsınə vəzifəyə təyin edərək bütün “qara” işlərə nəzarəti ona tapşırmışdı. Məhz Abşeron rayonunda ev tikmək üçün vətəndaşdan alınan “icazə” pulunu Elmir və onun rəhbərlik etdiyi dəstəsi yığırdı. Bu dəstənin əsas işi Abşeron rayon ərazində ev tikən, torpaq alan, hasar çəkdirən, evinin dam örtüyünü dəyişdirən vətəndaşlardan İcra Hakimiyyətinin “icazə”sini almaq adı altında rüşvət yığmaqdan ibarət olub.

AzFakt.com-a daxil olan məlumata görə, Abşeon rayonundan Prezident Adminstrasiyasına göndərilən şikaytlər arasında icra başçısı İradə Gülməmmədovanın, tikinti şöbəsinin işçisi Elmir adlı şəxsin adı çəkilib. Şikayətdə bütün bu qanunsuzluqların başında İradə Gülməmmədovanın dayandığını

***
Bir sözlə, Abşeronda qanunlar bir qrupun maraqlarına tabe edilib. Rüşvəti və korrupsiyanı özünün iş prinsipinə çevirən bu qruplaşma isə rayonda bütün sahələri, o cümlədən tikinti sektoruna nəzarəti tamamilə ələ keçirib. Bu isə heç şübhəsiz vətəndaşlar arasında kütləvi narazılıq yaradır…

Azərbaycanın yeganə qadın icra başçısı olan İradə Gülməmmədova Abşeron rayonuna rəhbər təyin edildikdən sonra bütün pislikləri etməyə başlayıb. Onun I vitse-prezident Mehriban Əliyevanın xeyirxahlıqları, yaxşılıqlarından nümunə götürməsi əvəzinə ən tükürpədici qanunsuzluqların altında “imzası”na rast gəlinir.

Teref.az

Related Articles

+994 50 295 94 79
top