Azərbaycanın ən böyük hüquq layihəsi yenidən efirdə

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Yenilik.Az xəbər verir ki, Azərbaycan tamaşaçısının maraqla izlədiyi “Hüquq və Ədalət” verilişi yeni adla, formada, yeni məzmunda yenidən efirə qayıdıb.

Yeni adı “İnsan və Qanun” olan Azərbaycanın ən böyük və ən maraqlı hüquq layihəsinin ilk çəkilişi də artıq baş tutub. Yenə də məşhur vəkil Adəm Məmmədovun təqdimatında efirə çıxıan verilişin ilk buraxılışının mövzusu yol-nəqliyyat hadisələri, fəsadları və çıxış yolları olub.
Cəmiyyət üçün aktual olan bu mövzunu Adəm Məmmədov ölkənin ən nüfuzlu vəkillləri ilə birlikdə müzakirə edib. Qonaqlar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əli Hüseynov, Səlahəddin Cəfərov, Emil Aslanov, media-ekspert qismində isə 7news.az saytının baş redaktoru Səbuhi Abbasov olub. Qonaqlar sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıb, mövcud problemlərdən çıxış yolu axtarıblar. Bundan başqa bəzi hadisələrin video qeydiyyatı efirdə nümayiş olunaraq praktik təhlillər aparılıb.
Olduqca maraqlı və gərgin keçən verilişi tamaşaçılar 15 sentyabr saat 10:00-da Lider TV-də izləyə biləcəklər.

Related Articles

+994 50 295 94 79
top