SENTYABRDA YAĞAN QAR NƏYƏ İŞARƏ EDİR? – EKOLOQDAN QORXULU PROQNOZ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, dünən Qax və Şəkinin yüksək dağlıq ərazilərinə qar yağıb.
Bəs sentyabr ayında bu hal normaldır mı? Bu qar bizə nəyi işarə edir?

Bu barədə “Yeni Sabah”a danışan ekoloq Telman Zeynalov bunun iqlimin şıltaqlığı olduğunu deyib:

“Son dövrlərdə yayıblar ki, qlobal istiləşmə gedir. Birincisi, biz bu yayın istisini görmədik,sərin keçdi. İkincisi də, sentyabr ayının əvvəlində dağlara qar düşüb. Bu onu göstərir ki, tədricən soyuma prosesinə gedirik.Təbiətdə gedən istiləşmə 1995-ci ildə dayanıb. O vaxtdan bəri havalar tədricən başlayıb soyumağa. Gah 5-10 gün çox isti olur, gah da soyuq olur. Bu iqlimin şıltaqlığıdır”.

Ekoloq hava anomaliyaları ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Mənim fikrimcə, həm də meteoroloji silahlardan istifadə edirlər. Heç kim buna inanmır, ancaq bu reallıqdır. Bunu deyə bilmərəm ki, qışımız sərt keçəcək. Bir neçə ildir ki, qar görmürdük, bu il görəciyik”.

Ekoloq hava anomaliyalarının səbəb olduğu faciələrə də toxunub:

“Bilirsiniz, çox çirkin iqlim oyunları gedir, bu su qıtlığı, ərzaq qıtlığı, müxtəlif xəstəliklər və s. ilə nəticələnir. Bu ondan xəbər verir ki, bu oyunun məqsədi əhalini qırmaqdır. Hamı da çox gözəl bilir, kimlərdir onlar. Yadınıza salın 2012-ci ilin dekabrını, guya dünyanın sonu idi. Nə oldu dünyanın sonu mu oldu? Xeyr. Lakin mağazalarda müddəti çıxmış, saxta, köhnə mal və materialları satdılar. Bütün bunlar çirkin bir oyundur”.

Related Articles

+994 50 295 94 79
top