Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.Bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynov özü məlumat verib.Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib. E. Hüseynov bildirib ki, Xumar bir ildir ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış.O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: “Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.

Related Articles

+994 50 295 94 79
top