Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara obyekt aldı (FOTO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin deputatı, “Karat Holdinq”in sahibi Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı “İstoçnik” sanatoriyalarının ardınca Kislovodskdakı köhnə “Voronej” sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.
Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.
Təsisçiləri Əsabil Qasımovun “Karmen” MMC (8.000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir (ООО “АГРОС”, 2 000 rubl və ya 20%).”Voronej” sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb.
“100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər” deyə jurnalist qeyd edib.

Related Articles

+994 50 295 94 79
top