CEYRANBATAN BƏLƏDİYYƏ SƏDRİ CAVANŞİR ZEYNALOV MƏNDƏN 3 MİN MANAT RÜŞVƏT İSTƏDİ – İSMAYIL SADIQOVDAN ŞOK AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri Cavanşir Zeynalovdan şikayət var. GUNinfo.az xəbər verir ki, qəsəbə saki İsmayıl Sadıqov sədrin özbaşınalıq etdiyini deyir, onu korrupsiyada ittiham edir.

İsmayıl Sadıqov bildirib ki, Cavanşir Zeynalova əsas qanunsuzluqları torpaq alveri ilə bağlıdır. Sədr satışı dövlət tərəfindən qadağan olunan torpaqları yaxın qohumlarının adına rəsmiləşdirir, sonra isə onları imknlı şəxslərə sataraq sərvət toplayır. Bələdiyyə sədri indiyə qədər 55 hektar torpaq sahəsini satıb.

Bundan başqa Cavanşir Zeynalovun ev tikmək istəyənlərdən 1000 AZN, sənədsiz torpaqlara görə 850 manat rüşvət tələb edir. Amma sədr bununla da kifayətlənmir. Qəsəbə sakini iddia edir ki, sədr kiçik ticarət köşkləri, çayxana və kafe sahiblərindən hesab tələb edir.
Daha sonra şikayətçi bildirdi ki, “illərdi Ceyranbatanda yaşayıram. Fəhləlik edib, zəhmətimlə övladlarımı güclə dolandırıram. Qazancım kirayə puluna və yeməyimizə zorla çatır. Bu səbəbdən də prezidentə və “Heydər Əliyev Fonduna” yazılı müraciət etdim. Cavabda bildirildi ki, Abşeron icra hakimiyyəti bəbələdiyyə ev tikmək üçün sizə torpaq sahəsi ayırmalıdır. İcra hakimiyyətinə getsəm də məni müəyyən bəhanələrlə Ceyranbbatan qəsəbə bələdiyyəsinə göndərdilər. Sədr Cavanşir Zeynalovla görüşdüm. o mnə açıq şəkildə bildirdi ki. sənə torpaq sahəsi ayırmaq üçün 3 min manat verməlisən, yoxsa bu mümkün olmayacaq. Mən Abşeron icrasınada nəsə verməliyəm axı…”

Maraqlıdır ki, bələdiyyə sədri qanunsuz əməllərinə icra başçısını da alət edir. Sakinlər bildirir ki, Cavanşir Zeynalov restoran, çayxana və digər iaşə obyektlərindən pul yığmağı ona icra başçısının tapşırdığını bildirərək məsuliyyəti öz boynundan atmağa çalışır.

Şikayətçi İsmayıl Sadıqov həmçinin Ceyranbatanı ağuşuna alan zibilliyin və gecə qəsəbə küçələrinin işıqlandırılmamasından da bezdiklərini deyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

GUNinfo.az

Related Articles

+994 50 295 94 79
top