QUDASI MƏHKƏMƏ SƏDRİNİ GÜLLƏLƏYƏN SABİQ İCRA BAŞÇISI ÜÇÜN 15 GÜNDƏ İKİNCİ DƏHŞƏT… – YENİ FAKTLAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verildiyi kimi, bu gün Tovuzda rayon məhkəməsdinin keçmiş sədri və sabiq xalq hakimi Firudin Ələkbərli qətlə yetirilib. Ələkbərov fəaliyyətini müstəqil hüquqşünas və sabiq deputat, keçmiş ədliyyə naziri İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasının rayon təşkilatının sədri kimi davam etdirirmiş.

1963-cü il təvəllüdlü Firudin Ələkbərli vaxtilə Xalq hərəkatının aktiv iştirakçılarından olub, 1980-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin Tovuz təşkilatının yaradılmasında aktiv iştirak edib.

O, səhər saatlarında iş yerində güllələnib, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olamyıb.

Ələkbərlinin qatili, hadisədən sonra polisə könüllü təslim olduğu bildirilən Əli Şəmiyev isə 60 illik yubileyini qeyd etməyə hazırlaşırmış. O, Tovuzun ən imkanlı biznesmenlərindən biri olmaqla yanaşı, rayonun keçmiş icra başçısı Tofiq Zeynalovun və son olaraq artıq ləğv edilən Nəqliyyat Nazirliyində müavin postunda çalışmış Arif Əsgərovla quda imiş. Belə ki, qətlə təqsirləndirilən şəxsin qızlarından biri Zeynalovun oğlu Qoşqarla, digəri isə Əsgərovun oğlu Elnarla ailə qurubmuş.
Qaynarinfo-nun Tovuzdakı mənbələrdən əldə etdiyi məlumata görə, “Göl Əli” ləqəbilə tanınan və restoranla yanaşı, hoteli də olan, eyni zamanda başqa bir neçə ticarət obyektinin də sahibi olduğu deyilən Əli Şəmiyev T.Zeynalovun ikinci qudasıdır. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi postunu tutan Ramiz Zeynalovun qardaşı olan sabiq icra başçısının digər qudası isə Mahir Həsənovdur.

M.Həsənov Tovuzun keçmiş rəhbərinin həm də birinci müavini olub, baxmayaraq ki, ölkə qanunvericiliyi yaxın qohumluq əlaqələri olan şəxslərin bir yerdə işləməsini qadağan edir.

Rayondakı mənbələrimizin dediyinə görə, T.Zeynalov ötən ilin iyununda vəzifəsindən kənarlaşdırılsa da, birinci müavini olan qudası bundan bir qədər əvvəl postunu itirib. Həsənov hələ 2017-ci ildə vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulub və ona qarşı cinayət işi açılıb. Həmin cinayət işinin həqiqətən açılıb-açılmadığı sonradan aydınlaşmadı, açılıbsa necə nəticələndi, bu da məlum deyil. Sözügedən məsələ ilə bağlı mətbuat da yazmışdı. Sonradan yerli İcra Hakimiyyəti Həsənovun işdən çıxarıldığını tsədiqləsə də, onun vəzifəsindən hansı səbəbdən kənarlaşdırıldığı ilə bağlı KİV-ə məlumat verməkdən imtina etmişdi.

“Göl Əli”nin kürəkənlərindən Qoşqar Zeynalov Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsini tutur. O, qətldə təqsirləndirilən şəxsin kürəkəni Elnar Əsgərovun da adının qarışdığı, A.Əsgərovun baldızı oğlanlarının ittiham və həbs edildiyi dələduzluq olayında zərərçəkən kimi tanınıb. Belə ki, Qoşqar Zeynalov hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, Hüseynov Rahib İsmayıl oğlu (A.Əsgərovun baldızı oğlu – red.) etbarından sui-istifadə edərək Türkiyə Respublikasından vaqon yataq dəstlərinin gətirilərək Azərbaycan Dəmir Yollarına satmaqla əldə olunan gəlirin 10 faizini vəd verməklə 2011-ci ilin noyabr ayında 100 min ABŞ dolları, 15 yanvar 2012-ci ildə 500 min ABŞ dolları, 17 fevral 2012-ci ildə 2 milyon 500 min ABŞ dolları, 2012-ci ilin mart ayında 2 milyon ABŞ dolları, 2012-ci ilin aprel ayında 800 min ABŞ dolları və 2012-ci ilin may ayında 1 milyon 750 min manat məbləğində, ümumilikdə 5 milyon 900 min ABŞ dollarını, 1 milyon 750 min manatın mənimsəyib.

İstintaq belə qəanətə gəlib ki, Rahib Hüseynov etibardan sui-istifadə etmə və aldatma yolu ilə Qoşqar Tofiq oğlu Zeynalova ümumikdə 6 milyon manatdan çox zərər vurub.

Ümumiyyətlə, bu dələduzluq hadisəsi ilə bağlı digər kürəkən E.Əsgərovun da adı gen-bol hallanıb, hətta o, ümumilikdə 48 milyon manatlıq bu cinayət dosyesində günahkar tərəf kimi göstərilib, lakin sonradan hadisələrin axarı dəyişib və məsuliyyət sabiq nazir müavininin iki balıdızı oğlunun üzərində qalıb. Onların hər ikisi hazırda həbsdədir.

F.Ələkbərlinin qətli bu cinayətdə təqsirləndirilən şəxsin qudası üçün son bir ayda ikinci sarsıdıcı hadisədir. Belə ki, iki həftə öncə Tofiq Zeynalovun qardaşının qaynı oğlu Bakıda qətlə yetirilmişdi. Belə ki, Bakının Yasamal rayonunda baş verən hadisə – iki nəfər arasında düşən mübahisə sonda qanla nəticələnmiş, nəticədə BDYPİ rəisi, general R.Zeynalovun Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədov bıçaqlanaraq öldürülmüşdü.

Saytımıza o da məlum olub ki, qətlə yetirilən F.Ələkbərlinin 1995-ci ildə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsindən azad edilməsi və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunması haqqında qərarı Milli Məclisin o vaxtkə sədri Rəsul Quliyev imzalayıb. Hazırda ABŞ-da yaşayan eks-spikerin həmin il mayın 30-da imzaladığı 1046 saylı həmin qərarda Firudin Ələkbərlinin “fəaliyyətində qanunun kobudcasına pozulmasına görə” vəzifədən azad edilməsi və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunduğu göstərilib.

“Firudin Ələkbərli vəkil deyildi, ancaq hüquqi nümayəndə kimi rayon sakinlərinin yerli məmurlara və bələdiyyə orqanlarına qarşı çoxsaylı məhkəmə iddialarında tərəf kimi çıxış edirdi, həmin iddiaların bir qismi ya birinci məhkəmə instansiyasında, ya da apellyasiya mərhələsində təmin olunub” – deyə rayondakı mənbələr bildirirlər.

Mərhum dərin yumor hissinə malik biri kimi tanınırmış, məzəli söhbətləri və lətifələri çox sevərmiş, eyni zamanda ictimai məsələlərdə, rayonun problemləri ilə bağlı mövzularda “ipə-sapa yatmaz” biri kimi tanınırmış və həmin problemləri ictimailəşdirməkdən çəkinməzmiş. Bu səbəbdən də yerli səlahiyyətli şəxslərin ona münasibəti birmənalı deyilmiş.

Elə güllələndiyi hadisədə də onun qaldırdığı problemdən geri addım atmamasının həlledici rol oynadığı görünür.

Qeyd edək ki, qətllə bağlı əksər məlumatlarda F.Ələkbərlinin qətlinə səbəb kimi Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılması, mərhumun da buna sərt reaksiya verməsi göstərilir. Bildirilir ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb.

Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər. Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Şəmiyev qarşı tərəfdən – Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. Keçmiş məhkəmə sədri isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman qatil üstündə gəzdirdiyi “TT” markalı tapança ilə ona bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü F.Ələkbərliyə dəyib.

Saytımıza danışan mənbələr isə bildiriblər ki, qətl qurbanının iş adamı ilə məlum mübahisədə israr etməsinin səbəblərindən biri məhkəmənin sözügedən qərarını əsassız sayması və bu qərarı qarşı tərəfin öz nüfuzu hesabına çıxartdırmasından şübhələnməsi imiş.

Elə bu səbəbdən də onlar arasında münasibətlər getdikcə gərginləşib, belə görünür, axırda dözülməz həddə çatıb və sonda da bu cür dəhşətli olayla nəticələnib…

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top