Məlahət Abbasovadan aparıcı Elgizə SƏRT SÖZLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“İlk növbədə “Kanal 7″də yayımlanan “Yemin” serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edir və uğurlar arzulayıram. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündəndən yanında oldum. Onun istedadı, məsumiyyəti, özünü layiqli aparması “Kanal 7” rəhbərliyi başda olmaqla, bütün çəkiliş qrupu və aktyorlar tərəfindən sevilməsi, məni qürurlandırır. Oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, “ağzı var” deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist, İstanbulun Mədəniyyət şöbəsinin İdarə Heyətinin üzvü və İstanbul Bələdiyyəsi Şəhər Teatrının bədii rəhbər müavini Məlahət Abbasova instaqramda yazıb. Sənətçi aparıcı Elgiz Əkbərin Yağmurun ünvanına yazdığı tənqidlərə biganə qala bilməyib. O, Elgizin “Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlıyan və vətəninə getmək istəməyən qızcığac rolunda çəkir” sözlərinə belə münasibət bildirib:

“Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm. Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, bazarkom və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, “niyə belə rollar oynayırsız” deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar”.


Türkiyənin ən reytinqli layihələrindən birində – “Yemin” serialından çəkilən həmyerlimiz Yağmur Şahbazova isə M.Abbasovanın paylaşımına dərhal reaksiya verib. O, “Dəstəyiniz üçün sonsuz təşəkkürlər. Gözəl görən gözləriniz var olsun. Hər şeyi olduğu kimi açıqladınız” deyə qeyd edib.

Qeyd edək ki, Yağmur Şahbazova “Yemin” serialında müəyyən səbəblərdən dolayı vətəninə qayıtmaq istəməyən Narin adlı azərbaycanlı xanımı canlandırır. Azərbaycanlı aktrisaların Türkiyədə bu tərz rollarda çəkilməsini aparıcı Elgiz kəskin tənqid edib. O, Yağmur Şahbazovanın timsalında Türkiyədə aktyorlarımıza dəyər verilmədiyini, onların aşağı səviyyəli obrazlara çəkildiklərini irəli sürüb.

Demokrat.az

Related Articles

+994 50 295 94 79
top