Vidadi İsayevdən hakimiyyətə zərbə: Bərdədən 28 sentyabr mitinqinə möhtəşəm dəstək

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ölkədə yaxın zaman üçün rəsmən hər hansı seçki elan olunmasa da siyasi aktivlik seçki mühiti qədər yüksəkdir. İlin əvvəlində, yanvarın 19-da keçirilən mitinqdən sonra proseslərə təsir gücü və gündəmi yaratmaq baxımdan müxalifətin estafeti göturdüyü aşkardır. Amma o da bəllidir ki, ən yaxın tariximizdə dəfələrlə belə hallar yaşanıb və müxalifətin bundan da yüksək pik nöqtəsindən düşməsi an məsələsi olub. Güman ki, indi də iqtidar texnoloqları eyni əks həmlə üzərində işləyir və bir müddət sonra bunun işartılarını görəcəyik. Ancaq bu mitinqlə bağlı diqqət çəkən başqa bir məqam da var ki, bunun üzərində hakim komandanın rəhbərliyi ciddi düşünməlidir. Söhbət narazılığın birdən birə bu şəkildə ifadə olunmasından, hətta gündəlik dolanışığında maddi problemlər yaşayan insanların yol xərci çəkərək rayondan Bakıya mitinqə gəlməsidir.Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinq ərəfəsində bu məqam yenidən aktualdır. Mitinqə icazə verilib verilməməsindən asılı olmayaraq bölgələrdən verilən reaksiya xüsusilə maraq doğurur. Onu da bildirək ki, Anaxeber.info-ya daxil olan məlumata görə, 19 yanvar aksiyasında Bakıdan kənar rayonların hər birindən nə qədər şəxs iştirak etdiyi ayrıca təhlil olunub. Məsələn, ilk sıralarda yer alan rayonlardan birinin Bərdə rayonu olduğu bəllidir. O zaman bu haqda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də müsahibəsində bu haqda məlumat vermişdi.
Maraqlıdır ki, 28 sentyabr mitinqi öncəsi də Bərdə rayonunda ciddi aktivlik müşahidə olunur. Belə ki, artıq sosial şəbəkədə Bərdə fəalları bununla bağlı anonslar verir. Bu günlərdə yayılan “BƏRDƏ 28 sentyabr mitinqinə hazırdır!!! Uğur olsun!” statusuna rayon sakinləri “Tam doğru. Bərdədə əhali hakimiyyət orqanlarından daha çox narazıdır” –deyə rəy veriblər. Bütün bunlar rayondakı vəziyyəti, icra başçısının idarəçiliyi haqda tam təəssürat yaradır. Əslində bundan əvvəl də Vidadi İsayevdən narazılığın pik həddə çatdığını göstərən faktorlar var idi.
Bir müddət öncə xeyli sayda rayon ziyalılarının “Məktəb” qəzetində bəyanatı ciddi hadisə sayıla bilərdi. Bərdə ziyalıları həyəcan təbili çalırlar, vəziyyətin həssaslığını diqqətə çatdırırlar və bəyanatla tanışlıq zamanı aydın olur ki, tələsmək lazımdır, yubanmaq işi ağırlaşdıra bilər. Anaxeber.az bildirir ki, Ziyalıların bəyanatında deyilir ki, Vidadi İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanətlər edib.Hətta ziyalılar onun həbsini tələb edir. Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin evini sökdürüb, ailəyə dəyən zərəri ödəməyib. Sonra Bərdədə şəhidlər üçün düzəldilmiş guşəni dağıtdırıb, şəkillərini gecə zibilxanada basdırıb. Ziyalılar qeyd edirlər ki, bərdəli olan yerli kadrları işdən kənarlaşdırılıb, ayrı-ayrı rayonlardan özü kimi “işləyən”lər vəzifələrə gətirilib. Sitat: “Bu cahil başçı Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri olmuş Rəhilə İsmayılovanı çərlətdi,qadın dünyasını dəyişdi”.
Bu nalayiq münasibət Bərdəni ayağa qaldıra bilər və əhalinin səbri tükənməkdədir. Yəni, söhbət maddi çətinlik, işsizlik, torpaqların satılması, sahibkarın incidilməsində deyil, Bərdənin icra başçısı məhz mənəvi sütunları dağıdır, əhalinin həssas nöqtələrinə zərbələr endirir, insanların heysiyyatına toxunur, camaatı qızışdırır. Əhali özbaşınalığa, rüşvətə, saxta məhkəmə qərarına dözər, amma onun şah damarına toxunanda nəticələri bu cür olur. Üstəlik, V.İsayevlə bağlı dövlət rəhbərliyini bu dəfə ayrı-ayrı şikayətçilər, haqqı pozulmuş sakinlər yox, Bərdənin ziyalıları məlumatlandırırlar. O baxımdan Bərdə ziyalılarının bəyanatı, o cümlədən sadalanan faktlar narahat doğurmaya bilməz. İqtidar texnoloqları təcili vəziyyəti dəyərləndirməlidirlər. Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb. Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz. Onlara görə hökumətin başı ağrayır, altını iqtidar çəkir və tənqidlər yerli idarəçilərə yox, mərkəzə tuşlanır. Belə gedişatlardan biri və SOS siqnalı çalınan ünvan Bərdə rayonudur.
ANAXEBER.INFO

Teref.az

Related Articles

+994 50 295 94 79
top