Avtomobilimizdə yanacağa necə qənaət edək? – ARAŞDIRMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir çox sürücülər avtomobillərində yanacaq sərfiyyatından şikayətlənirlər. Onların bəziləri bunu yanacağın keyfiyyəti ilə əlaqələndirirlər. Əslində, avtomobilin yanacaq sərfiyyatının çox olmasının bir çox səbəbləri ola bilər.

Oxu.Az avtomobildə yanacağa qənaətdə sınanmış bir neçə üsulu təqdim edir:

Magistral yollarda hərəkətdə olarkən sürət həddini qaldırmaq yanacaq sərfiyyatına ciddi təsir edən birinci səbəbdir. Misal üçün, “VAZ 2105” markalı avtomobillə 100 kilometrlik məsafəni 80 km/saat sürətlə getsə, 7 litr, 110 km/saat sürətlə hərəkət etsə, 11 litr yanacaq sərf edəcək.

Avtomobilinizi kölgədə park etməyiniz məsləhətdir. Günəş şüaları yanacaq sərfiyyatını artıran səbəblərdəndir. Günəş altında saxlanılan avtomobilin yanacağı istidən buxarlana bilər.

Yanacaqdoldurma məntəqələrinə gecələr getməyiniz daha yaxşıdır. Bu, yanacağa qənaətə imkan verəcək. Təcrübəli sürücülər gecələr və ya sübh tezdən avtomobillərinə yanacaq doldururlar. Yanacağın sıxlığı temperaturdan asılıdır. Temperatur nə qədər yüksək olsa, avtomobil çəninə bir o qədər az yanacaq daxil olacaq.

Avtomobillərin şinlərinin yerlərini və filtrlərini vaxtında dəyişməyiniz məsləhətdir. Şinlər avtomobilin yanacaq sərfiyyatına təsir edən amillərdəndir. Belə ki, şinlərdəki hava sıxlığı az olduqda avtomobil daha çox benzin sərf edir.

Sedan avtomobillərin şinlərindəm hava sıxlığı yayda 1,2-2, qışda isə 2-2,2 atmosfer olmalıdır. Bundan başqa, avtomobil uzun müddət hərəkətdə olan zaman şinin kənar hissələri tez yeyilir. Bunun nəticəsində avtomobildə tarazlıq pozulur.

Buna görə də şinlərin vaxtında yerini dəyişmək məsləhətdir. Şinlərin avtomobilin normalarında göstərildiyi ölçüdə seçilməsi də vacibdir. Böyük ölçülü şinlər avtomobildə yanacağın qənaətinə imkan vermir. Filtrlər də düzgün işləmədikdə yanacaq sərfiyyatı kifayət qədər çoxalır.

Avtomobillərinə hissələr alarkən diqqətli olmaq vacibdir. Daha çox orijinal ehtiyat hissələrindən istifadə olunmalıdır. Bu, yanacaq sərfiyyatına kifayət qədər təsir edir. Saxta ehtiyat hissələri tez sıradan çıxdığı üçün onlardan istifadədə ehtiyatlı olmaq lazımdır. Bununla yanaşı, avtomobillərin müəyyən vaxtdan bir texniki baxışdan keçirilməsi önəmlidir.

Avtomobilin çəkisi, kondisoner, işıqlarla yanaşı, sürətlə idarə edərkən maşınınızın pəncərəsinin açıq olması da benzin sərfiyyatına təsir edir. Açıq pəncərədən içəri daxil olan hava kütləsi avtomobilin çəkisini artırır.

Related Articles

+994 50 295 94 79
top