Prezidenti təhqir edən türk müğənniyə həbs cəzası verildi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Türkəsilli alman müğənni Səidə İnaç “Prezidenti təhqir etmə” cinayətindən 1 il 5 ay 15 gün həbs cəzası alıb.

Müğənni Ədirnə 6-cı Asliyə Cəza Məhkəməsinə müvəqqəti saxlanıldığı təcridxanadan video-görüntü ilə qoşulub. İnaç ittihamları qəbul etməyərək “Facebook”da onun adından saxta profil açıldığını və təhqirləri özünün yazmadığını bildirib. Onun sözlərinə görə, ümumiyyətlə sosial şəbəkələrdən istifadə etməyi bacarmır və kimisə təhqir etmək onun təbiətinə ziddir.

Məhkəmə hökmün icrasını təxirə salıb.


Related Articles

+994 50 295 94 79
top