Ekspert Kənan MM-in həbsini tələb etdi! – bu hərəkətinə görə… (VİDEO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda tanınmış yazıçı-kulturoloq Aydın xan Əbilov rejissor Kənan MM-u (Mahmudov) sürücüləri Bakı Nəqliyyat Agentliyinə (BNA) qarşı qanun pozuntusu törətməyə çağırmasına görə həbs edilməsini istəyib.
Unikal.org xəbər verir ki, Aydın xan Əbilov rejissor Kənan MM haqqında bu barədə facebookunda yazıb:
“Bu şəxs – özü də qalmaqallı sənətçidır – qanunlara tüpürür və hamı da onu bəyənir? Məgər sizlər belələrinə görə tıxacda qalıb maşınların zəhərli qazından boğulmamısız? Yaxud belələrinə görə yanğınsöndürmə, təciliyardım, fövqəlada qirumlarının maşınlarının texnogen qəzaları aradan qaldırmaq üçün hadisə yerinə gecikdiyini görməmisiz? Hələ üstəlik qanunsuzluğa çağırış edib İnternetdə vətəndaşları provakasiyaya səsləyir! Hüquq-mühafizə orqanlarının nümayəndələri, nəyi gözləyirsiz? İstənilən sivil ölkədə çoxdan bunun kimilərini həbsxanaya salmışdılar!
Qeyd edək ki, Kənan Mahmudov bir müddət əvvəl də, BNA kameralarının avtomobil nömrəsini çəkə bilməməsi üçün avtomobilinin yük yerinin qapısı açıq saxlamış və insanları da belə qanun pozuntusu törətməyə çağırıb.

Related Articles

+994 50 295 94 79
top