Oqtay Şirəliyevin dərman mafiyası: Bir daha “Dərman mafiyası” haqqında – IV yazı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Əvvəli (http://teref.az/manset/126667-bir-daha-derman-mafiyasi-haqqinda-arasdirma-yazi.html)

Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olaraq, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Quba Mərkəzi Rayon Xəstəxanası

“Epidbiomed” MMC Quba MRX-nin 2011-2012-ci illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.

Belə ki, şirkət 2011-ci ildə 288 498 (iki yüz səksən səkkiz min dörd yüz doxsan səkkiz) manat, 2012-ci ildə isə 52 822 (əlli iki min səkkiz yüz iyirmi iki) manat dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Quba MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 341 320 (üç yüz qırx bir min üç yüz iyirmi) manat təşkil edib.

Qusar Mərkəzi Rayon Xəstəxanası

“Epidbiomed” MMC Qusar MRX-nin 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının”, “rentgen, plyonkalar, reaktivlər, tikiş və sarğı materiallarının”, “diabet əleyhinə dərman preparatları və zərdabların”, “I tip diabet xəstələri üçün dərman preparatlarının”, “stamatoloji kabinet üçün lazım olan ləvazimatların”, “II tip xəstələr üçün dərman preparatlarının” satın alınması maddəsi üzrə 9 dəfə qalib elan olunub.

Belə ki, şirkət 2011-ci ildə 142 056, 84 (yüz qırx iki min əlli altı manat, səksən dörd qəpik) manat, 2012-ci ildə isə 112 314,88 (yüz on iki min üç yüz on dörd manat, səksən səkkiz qəpik) manat, 2013-cü ildə isə 387 510,72 (üç yüz səksən yeddi min beş yüz on manat, yetmiş iki qəpik) manat dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Qusar MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 641 882,44 (altı yüz qırx bir min səkkiz yüz səksən iki manat, qırx dörd qəpik) manat təşkil edib.

Masallı Mərkəzi Rayon Xəstəxanası

“Epidbiomed” MMC Masallı MRX-nin 2012-ci ildə ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.

Beləki, şirkət 2012-ci ildə 188 244 ( yüz səksən səkkiz min iki yüz qırx dörd) manat dəyərində tenderlərin qalibi olub.

Mingəçevir Mərkəzi Rayon Xəstəxanası

“Epidbiomed” MMC Mingəçevir MRX-nin 2013-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.

Belə ki, şirkət 2013-cü ildə 341 407 (üç yüz qırx bir min dörd yüz yeddi) manat, 2014-cü ildə isə 379 998, 47 (üç yüz yetmiş doqquz min doqquz yüz doxsan səkkiz manat, qırx yeddi qəpik) manat dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Mingəçevir MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 721 405,47 (yeddi yüz iyirmi bir min dörd yüz beş manat, qırx yeddi qəpik) manat təşkil edib.

Sabirabad Mərkəzi Rayon Xəstəxanası

“Epidbiomed” MMC Sabirabad MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının”satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.

Belə ki, şirkət 2012-ci ildə 512 200 (beş yüz on iki min iki yüz) manat, 2014-ci ildə isə 740 352,5 (yeddi yüz qırx min üç yüz əlli iki manat, əlli qəpik)manat dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 1 252 552,5 (bir milyon iki yüz əlli iki min beş yüz əlli iki manat, əlli qəpik) manat təşkil edib.

Salyan Mərkəzi Rayon Xəstəxanası

“Epidbiomed” MMC Salyan MRX-nin 2011-ci il ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.

İl ərzində “Epidbiomed” MMC ilə Salyan MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 371 209, 75 (üç yüz yütmiş bir miniki yüz doqquz manat, yetmiş beş qəpik) manat təşkil edib.

Siyəzən Mərkəzi Rayon Xəstəxanası

“Epidbiomed” MMC Siyəzən MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının”, “psixotrop dərman preparatlarının”, “şəkərli və şəkərsiz dərman preparatlarının” satın alınması maddəsi üzrə 8 dəfə qalib elan olunub.

Belə ki, şirkət 2012-ci ildə 61 536 (altmış bir min beş yüz otuz altı) manat, 2013-cü ildə 184 989, 52 (yüz səksən dörd min doqquz yüz səksən doqquz manat, əlli iki qəpik) manat , 2014-cü ildə isə 25 875 (iyirmi beş min səkkiz yüz yetmiş beş) manat dəyərində tenderlərin qalibi olub.

Bu illər ərzində “Epidbiomed” MMC ilə Siyəzən MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 272 400, 52 (iki yüz yetmiş iki min dörd yüz manat, əlli iki qəpik) manat təşkil edib.

Related Articles

+994 50 295 94 79
top