Məktəb direktorunun əməlləri ilə bağlı nazirə ŞİKAYƏT — FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbdə baş verən süründürməçiliklə bağlı, Xırdalan şəhər sakini Təbriz Yusubov redaksiyamıza məlumat verib.


Təbriz Yusubov Demokrat.az-a ünvanladığı şikayətində deyir ki, övladını məktəbəhazırlıq kursuna qoymaq üçün tələb olunan bütün zəruri sənədləri toplayaraq 9 nömrəli məktəbə yaxınlaşıb. 


İlk yaxınlaşdığı gün ona bildirilib ki, sağlamlıq haqqında arayışda vurulan düzbucaqlı və yumru möhür keçərli deyil. Üçbucaqlı möhür vurulmasını tələb edərək sənəd qəbulundan imtina ediblər.


Valideyn bu məsələ ilə bağlı səhiyyə və təhsil nazirliyinə zəng edərək şikayət edib. Hər iki nazirlikdən bildirilib ki, üçbucaqlı möhürün tələb olunması qanunsuzdur. 


Valideyn səhəri gün yenidən məktəbə yaxınlaşıb sənədləri təqdim etmək istəyən zaman, direktorun müavini olan Nigar adlı şəxs bu dəfə başqa bəhanə gətirərək bildirib ki, sağlamlıq haqqında arayışı başqa rayonun poliklinikası verdiyinə görə bu sənədi qəbul edə bilmərik.


O, məktəbin direktoru Həcər İbrahimovanın da yanına gedərək sözügedən məsələni ona bildirib. H.İbrahimov da həmin sənədi qəbul etməyərək valideynə qarşı kobudluq edib.


Valideyn Təbriz Yusubov yenidən Təhsil Nazirliyinə zəng edib bu haqda məlumat verən zaman nazirlikdən təsdiq ediblər ki, direktor Həcər İbrahimovanın və onun müavini Nigar adlı şəxsin etdiyi hərəkət qanunsuzdur və süründürməçilikdir. 


Nazirlikdən T.Yusubovu Abşeron Rayon Təhsil Şöbəsinin qəbuluna yazaraq şikayəti ora bildirməsini xahiş ediblər.

Related Articles

+994 50 295 94 79
top