Tramp Nobel mükafatının ona verilməməsindən şikayətləndi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ prezidenti Donald Tramp ona Nobel mükafatının verilməməsindən şikayətlənib.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə o, Pakistanın baş naziri İmran Xanla görüşü zamanı bildirib.

“Əgər onlar onu vicdanla versəydilər, mən müxtəlif şeylər üçün Nobel mükafatı alardım, amma bunu etmirlər”, – deyə Tramp jurnalistlərə bildirib.

ABŞ prezidenti xatırladıb ki, sələfi Barak Obamaya 2009-cu ildə Nobel sülh mükafatı verilib.

“Onlar mükafatı Obamaya prezident postunu tutduqdan dərhal sonra verdilər və o özü anlaya bilmirdi, mükafatı nə üçün alıb. Və bilirsiniz nə var? Bu, Obamayla razı olduğum yeganə şeydir”, – Tramp deyib.

Obama Nobel mükafatını “Beynəlxalq diplomatiyanın gücləndirilməsindəki səyləri”nə görə alıb.

Related Articles

+994 50 295 94 79
top