Ata oğlunu altı saat buzlu suda batmağa qoymadı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Avstraliyada kişi oğluyla balıq tutmağa çıxıb lakin qayıqları sahildən 15 km aralıda qəzaya uğrayıb.

“Daily Mail” xəbər verir ki, hadisə iyun ayında (Cənub yarımkürəsində bu ilin ilk qış ayıdır) baş verib.

39 yaşlı Meyk Honen dostu və oğlu Culianla balıq tutmağa gediblər. Birdən birə qopan fırtına onların qayığını çevirib. Balıqçılar xilasedici jiletlərsiz buzlu suya düşüblər. 7 yaşlı Culianı atası və onun dostu növbə ilə suyun üzərində saxlayıblar.

Bir neçə saatdan sonra böyüklərin səylərinə baxmayaraq uşaq suda boğulmağa başlayıb və huşunu itirib.

Xilasedicilər balıqçıları 6 saatdan sonra tapa biliblər. Onların xəstəxanaya çatdırılması üçün xüsusu vertolyot göndərilib. Xəstəxanada Culiana təcili ürək-ciyər reanimasiyası edilib, lakin uşağın vəziyyəti ağır olaraq qalıb. Həkimlər uşağın beyninin zədələnməsini qənaətinə gəliblər və onun sağ qalması ehtimalının cəmi 5 faiz olduğunu bildiriblər.

Buna baxmayaraq sabahısı gün uşaq gözünü açıb və özünə gəlib. Balıq tutmağa bir daha nə vaxt gedəcəkləri atasına ilk verdiyi sual olub.

Uşaqın yaşamaq istəyinə görə onu “Avstraliyanın qüruru” premiyasına layiq görüblər.(oxu.az)

Related Articles

+994 50 295 94 79
top