QUBADA BƏLƏDİYYƏ SİSTEMİNDƏ ƏNDRƏBADİ QAYDALAR… – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Quba rayonu Qələdüz kənd sakini Malik Əliyev Mövlan oğlu, rayon məhkəməsindən şikayətçidir. Şikayətçi bildirib ki, müvafiq instansiyalara müraciət edib, kömək ala bilmədiyi təqdirdə məsələni ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinə müraciət edib.

O, şikayətini aşağıdakı formada anladıb: “2000-ci ilin 30 yanvar tarixində Qələdüz kəndində bələdiyyə sədri seçildim. Sədr kimi fəaliyyətim 2002-ci ilin 5 avqust tarixinə qədər davam etdi. 2002-ci ilin 5 may tarixində bələdiyyə üzvləri toplantı ediblər. Bu toplantıdan mənim xəbərim olmayıb. Xəbərim olmadan məni sədrlikdən çıxarıb, öz aralarında yerimə də sədr təyin ediblər. Bu hadisəni bildikdən sonra Quba rayon məhkəməsinə müraciət etdim. Qərarı gözlədiyim halda məhkəmə mənə məktub göndərdi ki, möhür və ştampı bələdiyyəyə təhvil verim. 25 aprel 2002-ci ildə yen də bələdiyyə üzvləri məndən xəbərsiz toplantı edib, kənd sakini Vaqif Sultanovu sədr seçdilər. Məndən tələb olundu ki, möhür və ştampı ona təhvil verim. Lakin mən bunu etmədim. Sonradan öyrəndim ki, möhürün itməsi ilə bağlı ərizə yazıb, ikinci bir möhürü alıb, veriblər Vaqif Sultanova. Bununla bağlı məhkəməyə müraciət etdim. Rayon məhkəməsindən mənə bildirildi ki, ərizə yaz və özündəki möhür və ştampı iş araşdırılan müddətdə məhkəməyə təqdim et. Deyildiyi kimi etdim. Bu ərəfələrdə məhkəmə tərəfindən bələdiyyənin bank hesabı dondurulmuşdu. Bildirilirdi ki, Dövlət Sosial Müdafiəsi Fonduna borcumuz var. Mən deyirdim ki, hesabı açın ki, borcu ödəyə bilim. Ancaq hesabı açmırdılar. Buna baxmayaraq bank sənədləri məndə idi. Ancaq sonra öyrəndim ki, bank sənədləri məndə olduğu halda yeni sədr hesabdakı pulu çıxara bilib. Bunun necə çıxarılmasını araşdırma üçün prokurorluğa müraciət etdim. Ancaq cavab ala bilmədim. Həmin zamandan etibarən Ombudsman da daxil olmaqla çoxsaylı qurumlara müraciət etmişəm. İllərdir ki, hüquqlarımın tapdalanması, mənəvi zərər çəkməmlə bağlı kömək almaq istəyirəm. Ancaq şikayətlərimə baxan yoxdur. Artıq yaşım da o yaş deyil ki, bələdiyyədə sədr olam. Bu, mənə maraqlı deyil. İstəyim odur ki, mənə dəyən mənəvi zərərin qarşılığında ya kompensasiya ödənilsin, ya da bu işin səbəbləri, ortaya çıxarılıb, cinayətkarlar cəzalandırılsın”.

Məsələ ilə bağlı Quba Rayon məhkəməsi ilə əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı.

Related Articles

+994 50 295 94 79
top