“COCA-COLA”NIN YENİ ÖLDÜRÜCÜ MƏHSULU: – OYNAQ XƏRÇƏNGİ YARADAN KİMYƏVİ MADDƏLƏRDƏN İBARƏTDİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Sərinləşdirici içkilər bazarının lideri sayılan “Coca-Cola”nın müxtəlif tərkibli məhsulları insan həyatı üçün real təhlükə mənbəyidir.

Yenicag.az xəbər verir ki, yeni satışa çıxarılan “Coca Coca+Coffee”nin tərkibi müxtəlif cəlbedici ifadələrlə pərdələnsə də, əslində, həmin maddələr insan orqanizmini məhv edən kimyəvi qatqıya malikdir.

Məsələn, “Coca-Cola” içkilərinin hazırlanmasında istifadə edilən “karamel” maddəsi gerçəkdə ammonium sulfiddir.

Bu maddə insan orqanizminə ümumilikdə öldürücü təsir göstərməklə yanaşı, oynaq xərçəngi xəstəliyinin birbaşa mənbəyidir.

Eyni zamanda, “Coca-Cola”nın şəkərsiz içkilərinin hazırlanmasında fosfor turşusu, kalium sorbat, natrium benzoat kimi kimyəvi maddələrdən istifadə olunur.

“Coca Coca+Coffee”nin hazırlanmasına istifadə olunan dadlandırıcılar – aspartam və kalium asesulfam, karbondioksid, silikon, fosfor turşusu, o cümlədən, süni ətirlərin insan orqanizminə zərəri də geniş müzakirə edilməkdədir.

Buna baxmayaraq, şirkət yeni məhsullarının satışını stimullaşdırmaq məqsədilə qablaşdırma zamanı “sərinlədən, canlandıran dad” kimi ifadələrdən yararlanır. Sağlamlıqlarının fərqinə varmayan insanlar isə bu içkiləri həvəslə alıb-içirlər.
Amma nə içdiklərini bilsələr…

Related Articles

+994 50 295 94 79
top